Beynəlxalq Bankdan daha bir ilk - Bank IT Akademiyası yaradır!
Azərbaycan Beynəlxalq Bankı Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində İnformasiya Texnologiyaları Akademiyasının yaradılmasına başlayıb. Bu layihə ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq, peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək məqsədi daşıyır.
Beynəlxalq Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Akademiya Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə fəaliyyət göstərəcək, burada təhsil ödənişsiz olacaq.
IT sahəsində bilik və bacarıqlar qazanaraq peşəkar karyera qurmaq istəyən 20-34 yaş arasında gənclərə Akademiyada təhsil almaq imkanı yaradılacaq.
Layihənin effektivliyi üçün qəbul zamanı, əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin sonuncu kurslarında oxuyan tələbələrə üstünlük veriləcək.
Azərbaycan Beynəlxalq Bankının ölkəmizin biznes mühitində ilk dəfə olaraq həyata keçirdiyi bu sosial layihə Bankla “DAN.IT Education” mərkəzinin tərəfdaşlığı ilə reallaşdırılacaq. Qeyd edək ki, “DAN.IT Education”in Müşahidə Şurasında CISCO, WiX, SIGMA və s. bu kimi qlobal şirkətlər təmsil olunur. Mərkəzin fəaliyyəti tam şəkildə İsrail təcrübəsi əsasında qurulduğundan yeni IT Akademiyasında tədris prosesi də İsrailin IT təhsili sistemi və bu sistemin məşhur TELEM metodu əsasında aparılacaq. Belə bir metod tələbələrin güclü tərəflərini üzə çıxararaq inkişaf etdirməyə imkan verir, onlarda öyrənmə üçün motivasiya yaradır.
Akademiyada təşkil olunan bootcamp təlimlər FrontEnd və BackEnd daxil olmaqla 2 əsas istiqaməti əhatə edəcək həmçinin Mobile Application və Business Intelligence mövzuları da əlavə tədris olunacaq. Göstərilən hər proqram 300 akademik saatdan ibarət olacaq və 2,5 ay müddətində davam edəcək. Akademiyaya qəbul üçün müsabiqə sentyabrın 9-da elan ediləcək. Bu məqsədlə onlayn platforma yaradılacaq, arzu edən şəxslər qəbul üçün ərizələrini bu platforma üzərindən təqdim edə biləcəklər. Qəbul 4 mərhələdən ibarət olacaq: abituriyentlərin qeydiyyatı, İT sahəsinə olan motivasiyanın dəyərləndirilməsi, texniki test imtahanı və fərdi müsahibə.
Azərbaycan Beynəlxalq Bankı DAN.İT Education-la birgə Akademiyaya beynəlxalq təcrübəyə və yüksək peşəkarlıq səviyyəsinə malik olan təlimçilər cəlb edəcək. Həmçinin Mobile Application, Business Intelligence, Product Management, Data Science sahələri üzrə ekspertlərin tələbələrlə görüşləri və müxtəlif online-workshop-ları nəzərdə tutulub. Məzunlara əmək bazarında böyük tələbatın olmasından ötrü IT Akademiyasının nüfuzunun, burada aparılan tədris keyfiyyətinin ən yüksək səviyyəyə çatdırılması üçün bütün digər lazımi tədbirlər də həyata keçiriləcək.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, bankın belə bir sosial təşəbbüsü zamanın çağırışından irəli gəlir: “Müasir dünyamızda texnologiyalar inkişafa təkan verən həlledici amilə çevrilib. İnnovativ texnologiyalara bələdlik insanların məşğulluğu baxımından da bu gün əsas meyarlardandır. Yerli və qlobal əmək bazarlarında bu sahənin mütəxəssislərinə tələbat getdikcə artır. Biz də böyük biznes qurumlarından biri kimi gələcək qarşısındakı məsuliyyətimizi dərk edərək, həm gənclərimizin peşəkar inkişafına və əmək bazarındakı tələbatın qarşılanmasına dəstək, həm də ölkəmizdə informasiya cəmiyyətinə töhfə vermək məqsədilə belə bir sosial layihənin icrasına başladıq. Nəticəsi, ümid edirik ki, ölkəmiz, insanlarımız üçün çox faydalı olacaq”.
“DAN.IT Education” mərkəzinin qurucusu Eran Lasser isə deyib:
“Bu sosial təşəbbüsün reallaşdırılmasında Azərbaycan Beynəlxalq Bankının tərəfdaş olaraq məhz bizi seçməsindən çox məmnunuq. Bu seçim təsadüfi deyil. “DAN.IT Education” məzunlarının kursları başa vurduqdan dərhal sonra IT sferasında işə götürülmə göstəricisi 73%-dən çoxdur. Bu da bizim tətbiq etdiyimiz öyrətmə metodlarının effektivliyindən, tədris sistemimizin keyfiyyətindən irəli gəlir. Belə bir layihə IT sahəsində peşəkar biliklər qazanaraq uğurlu karyera qurmaq istəyən hər kəsə gözəl bir şansdır. İnanırıq ki, bu Akademiyanın fəaliyyəti ilə Azərbaycanın IT təhsili ekosisteminə də maraqlı yeniliklər gətirə biləcəyik”.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)










