Gecə Fed faizi artırdı, Dollar ucuzlaşdı
Dünən gecə ABŞ Mərkəzi Bankı Fed faizi 0,25 faiz fəndi artırdıqdan sonra Dollar mühüm valyutalar qarşısında ucuzlaşıb.
Məsələn, Dollar Avro qarşısında 1%-dən çox ucuzlaşıb və EUR/USD məzənnəsi 1.07 səviyyəsini aşıb. Bu sizi təəccübləndirməsin. Belə ki, Fed 2017-ci il ərzində bu günkündən əlavə 2 dəfə faiz artırılacağı proqnozunu verib (cəmi 3). Bazar da əvvəlcədən faizin 3 dəfə artırılacağını gözləyirdi. Bu ehtimal əvvəlcədən Dolların dəyərində əks olunmuşdu. Yəni yeni bir şey olmadığından Dollar ucuzlaşdı.
UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN
Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı Fed-in dünən başlamış iclası başa çatıb. İclasda faiz dərəcəsi 0,25 faiz bəndi artırılaraq 0,50%-0,75% aralığından 0,75%- 1,0%-ə qaldırılıb.
Fed bu il əlavə 2 dəfə də faiz artırımı gözləyir (Bu günkü daxil cəmi 3).
Qərarın ardınca Dollar Avro qarşısında 1%-dən çox ucuzlaşıb və 1.0712 səviyyəsini görüb. Səbəb Fed-in bazarın gözlədiyindən artıq faiz artırımı gözləməməsidir. Bazarlar da bu il Fed-in 3 dəfə faiz artıracağını gözləyirdi. Bu ehtimal əvvəlcədən də Dolların dəyərində əks olunmuşdu.
Fed-in pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsi (FOMC), inflyasiyanın orta müddətdə 2 faiz hədəfinin ətrafında sabitləşəcəyini bildirib, uzunmüddətli federal fond nisbətinin 3% səviyyəsində olacağını proqnozlaşdırıb.
Fed, əmək bazarının gücləndiyini və işə qəbulların "möhkəm" olduğunu təkrarlayb və istehlakçı xərclərinin artmağa davam etdiyini bildirib. Bununla yanaşı, yaxınmüddətli risk mənzərəsinin "ümumi olaraq balanslı" olduğu təkrarlanıb.
2017-ci il ərzində 3 dəfə faiz artırılacağı gözləntisində olan Fed rəsmilərinin sayı 11-dən 14-ə yüksəlib.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Fed/Yellen: Faizin artırılması ABŞ iqtisadiyyatının inkişaf etdiyini göstərir
Fed Sədri Janet Yellen, Fed-in faiz qərarından dərhal sonra keçirdiyi mətbuat konfransında faizin artırılmasının iqtisadiyyatın inkişaf etdiyini göstərdiyini bildirib.
Fed Sədri, iqtisadi proqnozların Dekabr ayından bu yana çox az dəyişdiyini qeyd edib.
Yellen açıqlamasında, inflyasiyanın gələcək illərdə 2 faiz hədəfinin ətrafında sabitləşəcəyini qeyd edib. İşə qəbulların "möhkəm" qalmaqda davam etdiyini bildirən Fed sədri, iş şəraitlərinin daha da güclənəcəyi gözləntisində olduqlarını deyib.
Yellen, faiz artırmaq üçün uzun bir müddət gözləməyin "gələcəkdə daha sürətli bir şəkildə faiz artırımlarına gedilməsi" demək ola biləcəyini və Fed-in siyasət qərarlarının əvvəlcədən müəyyən edilmiş bir "marşrutu" olmadığını bir daha vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
-
34 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)




