Yaşıl Kart çərçivəsində sığorta şəhadətnamələrinin satışı 16 faiz artıb
İcbari Sığorta Bürosunun (Büro) verdiyi məlumata görə, 2019-ci ilin yanvar - iyun ayları ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 18 837 sığorta şəhadətnaməsinin satışı həyata keçirilmişdir. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisə edildikdə 16% artım deməkdir.
Hesabat dövründə Yaşıl Kart beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 1 milyon 359 min 162 manat təşkil etmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.
Digər tərəfdən, hesabat dövründə sığorta hadisələrinin sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8% artaraq 219-a yüksəlmişdir.
2019-cu ilin I yarımilində Büro tərəfindən Yaşıl Kart sistemi çərçivəsində sığorta tələbləri ilə bağlı 72 iş üzrə icraat davam etdirilmişdir. İcraatda olan işlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% azalma müşahidə olunmuşdur. Bu da öz növbəsində Büronun Yaşıl Kart sistemi çərçivəsində hadisələr üzrə sığorta ödənişləri ilə bağlı daha operativ fəaliyyət göstərməsinin nəticəsidir.
Qeyd edək ki, hazırda Yaşıl Kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 12 sığorta şirkəti fəaliyyət göstərir.
Yaşıl Kart beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən Yaşıl Kart haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan Respublikası 28 may 2015-ci il tarixində sistemə üzv ölkə qismində qəbul edilmiş və 1 yanvar 2016-cı il tarixdən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
4 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
4 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır


















