ABŞ-dan Çinin neft şirkətinə "İran sanksiyası"
ABŞ Xəzinə Nazirliyi, Çinin neft şirkəti "Zhuhai Zhenrong"un və İcraçı direktoru Youmin Li-nin "İrandan neft almağa davam etdiyinə görə" sanksiya siyahısına daxil edildiyini açıqlayıb.
"Marja" Nazirliyin açıqlamasına istinadən xəbər verir ki, "Zhuhai Zhenrong" və rəhbərinə ABŞ-ın nəzarətindəki valyuta, bank və ya əmlak əməliyyatlarında iştirakı qadağan edilib.
ABŞ, İran ilə ticarəti davam etdirənlərə sanksiya tətbiq edir.
1994-cü ildə qurulan "Zhuhai Zhenrong" neft şirkətinin İran ilə güclü əlaqəyə malik olduğu və İran xam neftinin Çinə idxal edilməsini təmin edən ən böyük şirkətlərdən biri olduğu bilinir.
ABŞ, 2015-ci ilin May ayında imzalanan nüvə müqaviləsindən 8 May 2018-ci ildə çıxdığını açıqlayıb və İranın neft ixracını hədəf alan sanksiyalar tətbiq etmişdir.
Çin ötən İrandan ay böyük miqdarda xam neft idxal edib
Çin ilk fazada bu sanksiyalara qarşı çıxaraq, xüsusən neft ticarətinə davam edəcəyini açıqlamış, ancaq sonra Vaşinqtondan gələn sanksiyalar səbəbilə İrandan neft alışını mərhələli olaraq azaltmışdı.
İrandan neft idxalını tamamilə kəsməyən Çin, ABŞ-ın sanksiya açıqlamasından bu yana ilk dəfə ötən ay böyük miqdarda İrandan xam neft idxal etmişdir.
ABŞ-ın Çinli şirkətlərə tətbiq edəcəyi sanksiyalarda nə qədər irəli gedəcəyi qeyri-müəyyəndir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
13 d. əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
4 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Ən çox oxunanlar
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI



















