Maliyyə Nazirliyi icra başçısının bahalı tender elanına münasibət bildirib
Maliyyə Nazirliyi Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının aparatı üçün "Mercedes Benz S350" model minik avtomibilinin alınması ilə əlaqədar verilən tender elanına münasibət açıqlayıb.
Nazirliyin mətbuat katibi Mais Piriyev açıqlaması zamanı bildirib ki, dövlət büdcəsində yerli icra hakimiyyəti orqanlarına hər hansı bahalı, dəbdəbəli nəqliyyat vasitəsinin alınması üçün vəsait nəzərdə tutulmur.
“Konkret olaraq Kəlbəcər rayon İcra Hakimiyyətinə gəlincə deyə bilərəm ki, 2019-cu ildə rayonlar üzrə yerli xərclərdə adıçəkilən rayon icra hakimiyyətinə nəqliyyat vasitələrinin alınması üçün 55 min manat vəsait proqnozlaşdırılsa da bugünkü tarixə hər hansı nəqliyyat vasitəsinin alınması ilə bağlı Maliyyə Nazirliyinə müraciət olunmayıb. Hazırda Kəlbəcər rayon İcra Hakimiyyəti başçısına buraxılış ili 2008-ci il olan “Toyota Avalon” markalı xidməti avtomobil təhkim olunub. Müvafiq qaydalara əsasən, minik avtomibilinə 10 il ərzində tam amortizasiya hesablandığından həmin avtomobilin istifadə müddəti 2018-ci ildə başa çatıb və cari ildə bu istiqamət üzrə 55 min manat vəsait nəzərdə tutulub. Hər hansı dövlət qurumu tərəfindən alınan nəqliyyat vasitəsinin markası Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmir. Nazirlik sadəcə olaraq müvafiq normalara uyğun olaraq vəsait nəzərdə tutur, büdcə təşkilatı isə dövlət satınalmaları qanunvericiliyinə riayət etməklə alışı həyata keçirməlidir”, - deyə M.Piriyev əlavə edib.
Mətbuat katibi onu da bildirib ki, “Büdcə sistemi haqqında" Qanunun 19.3 madddəsinə əsasən büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan büdcə öhdəlikləri götürülür və yalnız bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları ödənilir: “Ona görə də, Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə bütün satınalmalar illik proqnoz – 55 min manat çərçivəsində aparıla bilər. Qəbul olunmuş öhdəlikdən artıq büdcə təşkilatı mal, iş və xidmətlərlə təchiz oluna bilməz, əks halda bu cür alışlar xəzinədarlıq tərəfindən uçota alınmır və kassa xərci aparılmır”.
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, son illərdə dövlət orqanları, büdcə təşkilatları, dövlət şirkətləri və dövlət tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən xidməti avtomobil kimi əsasən ölkəmizdə “Khazar” Avtomobil Zavodu və “Naxçıvan Avtomobil Zavodu MMC-də müasir texnologiyalara uyğun istehsal olunan müxtəlif markalı avtomobillərə üstünlük verilir. Bu həm yerli istehsala dəstək verməklə daxili bazarın qorunması, həm də dövlət büdcəsinin vəsaitlərinə qənaət olunması baxımından vacibdir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
4 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
4 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
6 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
6 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Ən çox oxunanlar
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq
"Alagöz Holdinq" Azərbaycana sərmayə qoyuluşunda maraqlıdır
























