İlham Əliyev Biznes şurasının üzvləri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub.
Fransa Şirkətlər Hərəkatının vitse-prezidenti xanım Mari-Anj Debon belə tədbirlərin Azərbaycan ilə Fransa şirkətləri arasında əlaqələrin inkişafında mühüm rol oynadığını bildirdi. O, bu görüşdə onlarla şirkətin nümayəndələrinin təmsil olunduğunu vurğuladı, tədbirin səmərəli keçəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev yenidən MEDEF-də olmaqdan məmnunluğunu ifadə etdi, bunun iqtisadi əlaqələrimizə töhfə verdiyini bildirdi. İndiyədək bir çox layihələrin uğurla həyata keçirildiyini deyən dövlətimizin başçısı bu əməkdaşlıq çərçivəsində Azərbaycan iqtisadiyyatına xeyli investisiyaların yatırıldığını diqqətə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, fransız şirkətləri Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Bu, ondan irəli gəlir ki, Azərbaycanda sərmayə yatırmaq üçün əlverişli biznes mühiti var. Fransız şirkətlərinin Azərbaycan ilə əlaqələrinin coğrafiyasının geniş olduğunu deyən dövlətimizin başçısı bir neçə il əvvəl kosmik ailənin üzvü olan ölkəmizin bu nailiyyətinin Fransa şirkətləri ilə əməkdaşlıq sayəsində mümkün olduğunu bildirdi. Kənd təsərrüfatı sahəsində də fransız şirkətləri ilə yaxşı əməkdaşlığın olduğunu deyən Prezident İlham Əliyev Bakıda Fransız Liseyinin və universitetinin fəaliyyət göstərdiyini, ölkələrimiz arasında təhsil sahəsində də əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırdı.
Son illərdə ölkəmizdə dərin uğurlu iqtisadi islahatların aparıldığını bildirən dövlətimizin başçısı neftdən asılılığın azaldılması, iqtisadiyyatın digər sektorlarının inkişafı ilə bağlı tədbirlərin görüldüyünü qeyd etdi. Azərbaycanın inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etdiyini, iqtisadiyyatın bütün sahələrində bu strategiyanın tətbiq olunduğunu deyən Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirdi. Bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkəmizdə irimiqyaslı layihələrin icra edildiyini deyən dövlətimizin başçısı münaqişə nəticəsində Dağlıq Qarabağdan başqa ətraf 7 rayonun da işğal olunduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev bütün bunlara baxmayaraq, ölkəmizin inkişaf etdiyini, Davos Dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşdırdığını bildirdi. Hazırda iqtisadiyyatımıza investisiya axınının davam etdiyini deyən Prezident İlham Əliyev fransız şirkətlərini ölkəmizlə əməkdaşlığa dəvət etdi və bunun üçün bir çox sahələrin olduğunu diqqətə çatdırdı.
“Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən də danışan dövlətimizin başçısı Avropada həyata keçirilən bu ən böyük investisiya layihəsinin reallaşmasında Azərbaycanın lider rola malik olduğunu bildirdi. Azərbaycan Prezidenti bu layihənin istehlakçılar üçün yeni qaz mənbəyi olduğunu vurğuladı. Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın yüklərin daşınmasında da mühüm mövqelərə malik olduğunu dedi, bu məsələdə Azərbaycan-İran-Rusiya üçtərəfli formatının əhəmiyyətindən danışdı, Bakıda dəniz limanının tikildiyini bildirdi. “Bizim Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir”, - deyən Prezident İlham Əliyev Fransa prezidentləri Nikola Sarkozinin və Fransua Ollandın Bakıda səfərdə olduqlarını, biznes əlaqələrinin ikitərəfli münasibətlərimizdə mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Görüşdə dəmir yolu, qlobal nəqliyyat layihələri, metro tikintisi, rabitə texnologiyaları, kosmik sənaye, hava nəqliyyatı, energetika, neft-qaz sənayesi, maliyyə-bank sistemi, şəhər infrastrukturu layihələri, kənd təsərrüfatı, irriqasiya sistemi, turizm, mehmanxana sənayesi, bərpaolunan enerji və digər sahələrdə Azərbaycan ilə çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və bu sahələrdə əlaqələrin inkişafına dair interaktiv fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev bu sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı suallara ətraflı cavab verdi.
Sonda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Thales Air Systems SA” şirkəti arasında Anlaşma Memorandumu imzalandı.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
11 saat əvvəl
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
-
12 saat əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
13 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
14 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
15 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
15 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb






.jpg)







.jpg)






