İqtisadçılar Fed-in bu il faizi 2 dəfə aşağı salacağını gözləyirlər
Bloomberg-in sorğusuna qatılan iqtisadçılar, Fed-in bu il iki dəfə faiz endiriminə getməsini gözləyirlər.
İqtisadçıların faiz endiriminə dair gözləntiləri, bazarın (investorların) gözləntilərinə yaxınlaşmışdır, ancaq hər iki qrupun gözləntiləri arasındakı fərq tam olaraq bağlanmayıb.
"Marja" xəbər verir ki, Bloomberg-in 20-24 İyunda keçirdiyi sorğuda iştirak edən iqtisadçılar, Fed-in faizi Sentyabr ayında 25 bənd və Dekabr ayında da 25 bənd aşağı salacağını gözləyirlər. Ötən həftə keçirilən Federal Açıq Bazar Komitəsinin iclası (FOMC) öncəsi, iqtisadçılar yalnız bir faiz endirimi gözləyirdilər.
İnvestorlar isə Fed-in İyul ayında faiz endirəcəyini gözləyirlər.
Fed ötən toplantısında faizi dəyişmədi, ancaq ən tezi İyul ayında ola biləcək şəkildə faiz endiriminə işarə etdi.
Sorğuda iştirak edən iqtisadçılardan bəziləri, ABŞ-ın iri ticarət tərəfdaşları ilə münaqişəsinin həllində irəliləyiş olub olmamasına bağlı olaraq proqnozlarını dəyişə biləcəklərini qeyd ediblər.
İqtisadi mənzərədə çox qeyri-müəyyənlik var və bunun böyük qismi ticarət gərginliyin azalmasına və ya daha da pisləşməsinə bağlıdır.
İqtisadçılar ABŞ ilə Çinin bu həftə Osakada keçiriləcək G-20 sammitində razılaşacaqlarına 50 faiz ehtimal verirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















