Ən yuxarı (mobil)-2_30

Türkiyənin kredit reytinqi aşağı salındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyənin kredit reytinqi aşağı salındı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq kredit reytinqi agentliyi "Moody's", Türkiyənin kredit reytinqini ''Ba3''dən ''B1''ə endirib. Reytinqin proqnozu "neqativ"dir.
 

"Marja" xəbər verir ki, agentliyin açıqlamasında, "reytinq endirimi tədiyyə balansı böhranının artmağa davam etməsini əks etdirir. Türkiyə, uzunmüddətli iqtisadi və maliyyə oynaqlıq dövrünə qarşı kövrək qalmaqda davam edir.
 

Türkiyənin valyuta ehtiyatlarında azalma, Mərkəzi Bankın uzun müddətdir davam edən məzənnədə sərbəst dalğalanmaya icazə vermə siyasətinə tərs görünür və bankın şəffaflığı ilə müstəqilliyinə kölgə salır" ifadəsi yer alıb.
 

"Moody's" İstanbuldakı təkar seçkinin qeyri-müəyyənlik yaratdığını, Türk Lirəsində daha çox ucuzlaşma ola biləcəyini, valyuta ehtiyatlarının da daha çox azalacağını proqnozlaşdırıb. Türkiyəyə sanksiya tətbiq olunmasının daha çox bazar reaksiyasına səbəb olacağı və kredit reytinqi üçün də mənfi olacağı qeyd edilib.
 

Qurum, ABŞ ilə baş verən S400 böhranına da diqqət çəkərək "ABŞ-ın mümkün sanksiyaları da Türkiyə iqtisadiyyatı və maliyyə sistemi üzərində təzyiq yaradır" ifadəsinə yer verib.

 

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi, Moody's-in qərarının Türkiyə iqtisadiyyatının əsas göstəricilərilə uyğun gəlmədiyini açıqlayaraq, "Bu səbəbdən agentliyin analizlərinin obyektivliyi sual işarələri yaratmaqdadır" bildirib.
 

15.06.2019 08:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar