Türkiyənin ən dəyərli markalarının adları açıqlanıb
Beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brand Finance"ın araşdırmasına görə, Türk Hava Yolları 1,7 milyard dolları aşan marka dəyərilə keçən il olduğu kimi bu il də "Türkiyənin ən qiymətli markası" olub.
"Brand Finance" tərəfindən "Türkiyənin Ən Dəyərli markaları-Türkiyə 100" araşdırmasının 12-incisi tamamlanıb.
"Marja" xəbər verir ki, siyahıda ilk yeri 1 milyard 735 milyon dollarlıq marka dəyərilə Türk Hava Yolları (THY), 2-ci yeri 1 milyard 637 milyon dollarlıq marka dəyərilə "Ziraat Bankası" tutub.
"Garanti Bankası" 1 milyard 344 milyon dollarlıq marka dəyərilə üçüncü , "Türk Telekom" 1 milyard 185 milyon dollarla dördüncü, "Turkcell" 1 milyard 182 milyon dollarla beşinci yeri tutub.
Marka dəyəri 1 milyard 135 milyon dollar olaraq təyin olunan "İş Bankası" siyahının altıncı pilləsində yer alıb.
Növbəti yerlərdə 934 milyon dollarla "Akbank", 837 milyon dollarla "Arçelik", 647 milyon dollarla "Yapı Kredi", 458 milyon dollarla "Ford Otosan" gəlir.
İLK 100-ÜN MARKA DƏYƏRİ 19,8 MİLYARD DOLLARDIR
Araşdırmaya görə, Türkiyənin ən qiymətli 100 markasının cəmi dəyəri 19,8 milyard dollar olaraq hesablanıb.
Siyahıya bu il müxtəlif iş sahələrindən 7 yeni marka daxil olub. "Enerjisa", "Şok Market", "Nef İnşaat", "MLP Sağlık", "Yataş", "Avivasa" ve "Desa Deri" siyahıya daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
6 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















