Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yaponiya və Rusiya birgə qaz hasil edəcək - RAZILIĞA GƏLİBLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaponiya və Rusiya birgə qaz hasil edəcək - RAZILIĞA GƏLİBLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaponiya və Rusiyanın ikitərəfli iqtisadi əməkdaşlığa məsul nazirləri Arktikanın Rusiyaya aid hissəsində böyük qaz hasilatı layihəsinə yapon şirkətlərinin də cəlb edilməsi barədə razılığa gəliblər.

 

Yaponiyanın Rusiya ilə iqtisadi əməkdaşlıq naziri Hiroşiqe Seko iyunun 10-da Tokioda Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb. Müzakirələrin əsas məqsədinin iyunun sonunda Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində Baş nazir Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putinin görüşünün təşkili olduğu bildirilir.

 

H.Seko rusiyalı nazirə deyib ki, Yaponiya şirkətləri ümumi dəyəri təqribən 28 milyard dollar olan təbii qazın hasilatı layihəsinin səhmlərinin 10 faizini əldə etmək niyyətindədir. O, həmçinin qeyd edib ki, nəhəng “Mitsui” şirkəti də daxil olmaqla yapon şirkətləri layihəyə qatılmaq üçün hazırlığın son mərhələsindədir.

 

M.Oreşkin Yaponiya şirkətlərinin bu layihəyə qoşulacağına ümidvar olduğunu bildirib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

11.06.2019 06:47

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar