Nazirdən neftin qiyməti ilə bağlı yeni açıqlama
“2014-cü ilin II yarısından bu günə qədər neft bazarında qeyri-sabitlik müşahidə olunur. OPEC+ formatında bazarda dəyişən vəziyyətə uyğun çevik tənzimləmə tədbirlərinə baxmayaraq qeyri-sabitlik hələ də qalmaqdadır”.
Bunu Bakıda keçirilən 26-cı Beynəxalq Xəzər Neft və Qaz Konfransında energetika naziri Pərviz Şahbazovbildirib.
Onun sözlərinə görə, neftin 70 ABŞ dolları ətrafında qərarlaşan qiyməti qənaətbəxşdir.
“Bununla belə, həm istehsalçılar, həm də istehlakçıların maraqlarına uyğun qiymət sabitliyinin və bu məqsədlə tələb-təklif balansının qorunub saxlanılması ehtiyatlı düşünülmüş addımlar atılmasını zəruri edir. Mövcud iqtisadi və siyasi amillərin təhlili də göstərir ki, hazırda tələb-təklif tarazlığı üçün başlıca meyar kommersiya meyarıdır. Belə ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təkilatı ölkələrində neft ehtiyatları son 5 ilin orta göstəricilərindən çoxdur. Həmçinin, təşkilatdan kənar ölkələr, o cümlədən ABŞ son illər şist neft hesabına əldə etdiyi hasilat göstəriciləri ilə ənənvi neft hasilatçılarını geridə qoyub. Buna görə də OPEC+ çərçivəsində əldə edilmiş razılığın bu ilin aprel ayında 168% yerinə yetirilməsi, üstəlik razılaşmadan kənarda qalan bir sıra OPEC ölkələrində hasilatın azalması, qlobal neft bazarında ticarət məhdudiyyətlərinə və geo-siyasi qeyri-sabitliyə baxmayaraq neft tədarükündə çatışmazlıq və bundan irəli gələn yüksək qiymət dəyişikliyi müşahidə olunmur”, - deyə nazir qeyd edib.
P.Şahbazovun sözlərinə görə, razılaşma çərçivəsində hasilatda gündəlik təxminən 2 mln. barellik azalma, bazardakı artıq təklifi tam konpensasiya edə bilmir: “Buna görə də indi OPEC+ ölkələri qarşısında duran prioritet məsələ kommersiya neft ehtiyatlarını müvafiq səviyyəyə çatdırmaqdır. Bu, qlobal tələbatla bağlı müşahidə olunan risklərdən sığortalanmaq üçün də əhəmiyyətlidir”.
Nazir həmçinin deyib ki, ötən il neftin qlobal istehlakında artım 1,4% olsa da, bu il dünyada neftə gündəlik tələbatın 1,2 mln. barrelə qədər azalacağı proqnozlaşdırılır: “Ötən il dünyada enerjiyə tələbat son illərdə ən yüksək səviyyədə olsa da, Avropada enerjiyə tələbat xüsusilə də bərpa olunan enerjidən istifadənin genişlənməsi və enerji səmərəliliyi nəticəsində azalıb. 2050-ci ilə qədər neft-qazın ümumi idxalındakı nisbəti 55%-dən 20%-ə düşəcək. Hazırda ABŞ və Çin arasındakı ticarət mübahisələri də qlobal iqtisadi inkişafa təsir edir və neftə tələbatı azaldan amil kimi nəzərdən keçirilir. Bütün bunlar isə göstərir ki, bazarda qiymətlərin sabitliyi üçün hasilat vasitəsilə tənzimləmə əsas nailiyyətdir”.
Nazirin sözlərinə görə, 2018-ci ildə dünyada neft-qaz sektoruna yönəldilən sərmayələr əvvəlki illə müqayisədə təxminən 1,1 mlrd. dollar artaraq 726 mlrd. dollara bərabər olub: “Proqnozlara görə, 2019-cu il yeni neft-qaz layihələri üçün investisiya qərarlarının verilməsində olduqca böyük rol oynacayacaq”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 43 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb
Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi

















