Neft ABŞ-da hasilatın aşağı düşəcəyi gözləntisi ilə bahalaşıb
Neft qiymətləri, ABŞ-da aktiv neft qazma qurğularının sayının bir ildən çox müddətin ən aşağı səviyyəsinə enməsilə əlaqədar olaraq yüksəlib. ABŞ-da qazılan quyuların azalması, ABŞ-Çin ticarət müharibəsinin neftə tələbin azalmasına səbəb olacağı narahatlıqlarının təsirini azaldıb.
ABŞ-da qazılan neft quyularının azalması gələcəkdə hasilatın aşağı düşəcəyi gözləntilərinin güclənməsinə səbəb olub.
Baker Hughes-ın cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da aktiv neft qazma qurğularının sayı ötən həftə daxil son altı həftədə beş dəfə azalıb və 2018-ci ilin Mart ayından bu yana ən aşağı səviyyəsinə enib. ABŞ Prezidenti Donald Tramp, Çin ilə gərginliyin artmasının sonra Tokioya səfər edib. Tramp bu səfərində, Ağ Evin Yapon avtomobillərinə gömrük tariflərinin artırılacağı təhdidinin ardından bir razılığa gəlməyə çalışır.
Analitiklər bildirirlər ki, ABŞ-da qazma qurğuların sayındakı azalmanın təsiri yəqin ki, qısamüddətli olacaq və neft qiymətləri bu həftə təzyiq altında qalacaq.
Brent nefti Cümə günü 1.4 faiz bahalaşdıqdan sonra hazırda 68.71 dollar səviyyəsindədir. ABŞ xam nefti isə ötən Cümə günü 1,2% bahalaşdıqdan sonra 58,40 dollardan alıcı tapır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
9 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 11 saat əvvəl
-
12 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















