"Siyasi risklər nefti dəstəkləyir, ancaq bu vəziyyət qısamüddətlidir"
Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falihin OPEC-in və bəzi neft istehsal edən ölkələrin təklifi məhdudlaşdırmaq (hasilatı azaltmaq) barədə həmfikir olduqlarını açıqlamasından sonra neft qiymətləri yüksəlib. Brent neftinin qiyməti təxminən 1,5% artaraq 73 dolları keçib.
"Marja" xəbər verir ki, qlobal investisiya bankı "JP Morgan"nın Neft və qaz departamentinin müdiri Scott Darling CNBC-yə verdiyi açıqlamasında qiymətləri siyasi risklərin dəstəklədiyini, ancaq qiymət artımının ABŞ-ın şist nefti istehsalındakı artım səbəbilə qısamüddətli olacağını bildirib.
Darling,"Təklifin azalması üçün risklər olduğu danışıla bilər, ancaq bu, qısamüddətlidir. Neft qiymətlərinin daha da yüksələcəyi barədə gözləntilərin artdığını düşünmürəm. Çünki ABŞ-ın şist nefti istehsalında artım var və qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik ilə tələb də yavaşlayır",- deyib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
JP Morgan 2020-ci ilə qədər OPEC-in neft istehsalı məhdudiyyətinin (hasilatı azaltmasının) davam edəcəyini gözləyir.
JP Morgan ikinci rübün sonunda Brent neftin qiymətinin 75 dollar olacağını təxmin edir. Bank, bütün 2019-cu il üçün Brent neftdə ortalama qiymətin 71 dollar olacağını, 2021-ci ildən etibarən isə qiymətin 60 dollara geriləyəcəyini nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























