Ət və süd məhsullarının qiymətlərində kəskin artım - Qlobal ərzaq qiymətləri yüksəlib
Qlobal ərzaq qiymətləri apreldə əvvəlki aya nisbətən 1,5 faiz artıb.
"Marja" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, süd məhsulları, ət, bitki yağı və şəkərdən ibarət olan 5 əsas qida maddəsinin qiymətlərinin və ticarətinin izlənməsi ilə hazırlanan Ərzaq Qiymətləri İndeksi, apreldə əvvəlki aya nisbətən 1,5% artıb və orta hesabla 170 bənd olub.
Qlobal ərzaq qiymətlərinin yüksəlməsinə, ət və süd məhsullarının qiymətlərindəki kəskin artım səbəb olub. Süd məhsulları, ət, şəkər və bitki yağı qiymətlərində dünya miqyasında artım baş verərkən, taxılların (buğda, qarğıdalı, düyü) qiymətlərində azalma görülüb.
Taxıl Qiyməti İndeksi, istehsal gözləntilərinin müsbət olduğu şəraitdə mart ayı ilə müqayisədə apreldə 2,8 faiz düşüb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Süd Məhsullarının Qiymət İndeksi apreldə əvvəlki aya nisbətən 5,2% artıb. Bu artıma, Okeaniyada quraq havaya bağlı olan narahatlıqlar ilə bərabər, güclü qlobal idxal tələbinin də səbəb olduğu güman edilib.
Ət Qiyməti İndeksi mart ilə müqayisədə apreldə 3 faiz artıb, həmin dövrdə Bitki Yağı İndeksi 0,9 faiz, Şəkər Qiymət İndeksi də 0,8 faiz yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























