SOCAR-la “Petronas”ın mövcud tərəfdaşlıq məsələləri müzakirə olunub

SOCAR ilə “Petronas” şirkətinin mövcud tərəfdaşlıq məsələləri müzakirə edilib.
SOCAR-dan bildirilib ki, aprelin 29-da şirkətin prezidenti Rövnəq Abdullayev Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ilə əlaqədar ölkəmizdə səfərdə olan Malayziyanın “Petronas” şirkətinin prezidenti Tan Sri Van Zulkifli Van Ariffinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
R.Abdullayev qonaqları “Mercedes-AMG Petronas Motorsport” komandasının Formula 1 SOCAR Azərbaycan Qran-Prisində uğur qazanması münasibətilə təbrik edib. “Petronas” şirkətinin rəhbərliyi Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin hər il yüksək səviyyədə keçirildiyini qeyd edərək minnətdarlığını bildirib.
Görüşdə SOCAR və “Petronas” arasında mövcud tərəfdaşlıq məsələləri müzakirə olunub, o cümlədən “Şahdəniz” layihəsinin yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı qonaqlara məlumat verilib. Bildirilib ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin digər seqmentləri üzrə işlər tam sürətlə, bəzən hətta qrafiki qabaqlamaqla yerinə yetirilir.
Şirkətlər arasında hasilat, satış və digər sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə qeyd olunub ki, maraq doğuran müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarının dəqiqləşdirilməsi aparılacaq.
“Petronas”ın prezidenti bu cür yüksək səviyyəli görüşlərin faydalı olduğunu bildirib, gələcəkdə Bakıda və Malayziyada növbəti görüşlərin keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Xatırladaq ki, “Petronas” şirkəti “Şahdəniz” yatağının işlənməsi layihəsində 15,5 faiz, Cənubi Qafqaz Boru Kəməri layihəsində 15,5 faiz, həmçinin “Azerbaijan Gas Supply Company” şirkətində 12,4 faizlik paya sahibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 19 saat sonra
-
1 saat əvvəl
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 11 %-ə yaxın artırıb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azerconnect Group” Qazaxıstan – Azərbaycan biznes forumunda iştirak edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycan Banklar Assosiasiyası"nın nəzdində Şəriət Şurası yaradılır
-
2 saat əvvəl
Neft Fondunun 2025-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunları
-
2 saat əvvəl
AccessBank-dan pulsuz debet kart: “myCard White” ilə hər alış-veriş daha sərfəli!
-
2 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi elan edildi
-
3 saat əvvəl
Azərbaycan fondu bu il əlavə 38 tondan çox qızıl alıb, ehtiyatını 185 tona yaxınlaşdırıb
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 11 %-ə yaxın artırıb

Oktyabrın 24-də gözlənilən hava şəraiti

Sahibkarlar qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi ilə bağlı yaradılan imkandan istifadə edə bilərlər
Ən çox oxunanlar

“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi elan edildi

Azərbaycan fondu bu il əlavə 38 tondan çox qızıl alıb, ehtiyatını 185 tona yaxınlaşdırıb

"9 ayda hərraclarda 4 milyard 350,3 milyon dollar satmışıq"

Azərbaycan sənayesində inqilab – MDB regionunda qablaşdırmada nano texnologiya dövrü başlayır

Naxçıvanda sahibkarlara 363 mənşə sertifikatı verilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda 5 bankın problemli kreditləri 75 milyon manatdan çoxdur
