"Hyundai Motors" Nyu-Yorkda 2 yeni modelini təqdim etdi
Yeni "Hyundai Sonata" ölkəmizə bu ilin 4-cü rübündə gətiriləcək.
(®) Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motors" şirkəti Nyu York Beynəlxalq Avtomobil sərgisində bir neçə həftə öncə eskizləri yayılan "Hyundai Venue" modelini və əfsanəvi "Sonata" xəttinin sonuncu nümayəndəsi "Hyundai Sonata" modelinin təqdimatını keçirib.
Xüsusi diqqət çəkən məqam "Hyundai Venue" avtomobilinin şirkət tərəfindən indiyədək istehsal olunan ən kiçik SUV olmasıdır. Avtomobil tənqidçiləri, həm exteryer cizgiləri, həm də interyer imkanları ilə "Hyundai Venue" modeli ilə daha çox gənc və diamik insanları hədəfə alındığını düşnürlər.
"Hyundai" öz modellərinə bir qayda olaraq məhşur ABŞ şəhərlərinin adlarını verdiyi halda bu dəfə bu ənənədən istifadə etməyib. "Venue" tərcümədə “məkan” və ya “yer” deməkdir. İstehsalçının nümayəndələri, avtomobil həvəskarlarına olmaq istədikləri, görünmək istədikləri yer təsüratını avtomobilin texniki və zərif imknaları ilə çatdırmaq üçün B-SUV modelini belə adlandırdıqlarını deyirlər.
Avtomobilin ilkin komplektasiyaları 3 silindirli 1.0 Turbo beniz və 1.4 benzin mühərrikli olacaq. Dizel mühərrik isə yalnız 1.4 motorda nəzərdə tutulmuşdur.
Avtomobillər ABŞ və Hindistan bazarında bu ilin sonunda satışa çıxarılacaq. Azərbaycan bazarına gətirilməsi isə çox güman 2020-ci ilə təsadüf edəcək.
Sərgi iştirakçılarının diqqətini daha çox "Hyundai Sonata" modelinin cəlb etməsi heç təsadüfi deyil. Əvvəlki nümayəndələrindən fərqli olaraq "Sonata" bu dəfə cizgiləri, LED fənərlərin yerləşimi və forması ilə mötəbər idman avtomobilini xatırladır. Exteryer dizaynda aparılan dəyişikliklər onu daha aerodinamik avtomobilə çevirmişdir. Şirkətin təmsilçisi Mike O'Brien “Bu dizayn gələcək Hyundai avtomobillərinin dəsti xəttini əks etdir” deyir.
Avtomobilin interyeri texnoloji elementlərlə zənginləşdirilmiş və təhlükəsizlik sitemləri müasir istehlakçının bütün tələblərinə cavab verməkdədir.
Hələlik avtomobil ABŞ bazarlnda 1.6 və 2.5 Lt-lik 4 silindirli mühərriklə təmsil olunacaq.
"Hyundai" avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi "Auto Azərbaycan" şirkəti yeni "Hyundai Sonata" avtomobilini ölkəmizə bu ilin 4-cü rübündə gətirəcək.
Ətraflı məlumat üçün ünvan: www.hyundai.az
Əlaqə nömrəsi: (012) 989
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
11 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
12 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
33 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
38 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
45 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib







.jpg)








.jpg)









