Azərbaycanda 500 milyon ABŞ dolları dəyərində müqavilə
Bu gün "KCA Deutag" və "SOCAR-AQŞ" şirkətlərinin birgə müəssisəsi olan “Turan Drilling & Engineering” MMC “BP Exploration (Caspian Sea) Limited” (BP) şirkəti ilə ilk müqavilənin bağlanmasını elan edib.
"SOCAR AQŞ" şirkətindən “Marja”ya daxil olmuş məlumata görə, imzalanan müqavilənin təxmini dəyəri razılaşdırılmış müddət üzrə 500 milyon ABŞ dolları və müqavilə müddətinin uzadılması imkanları da nəzərə alınmaqla 700 milyon ABŞ dolları məbləğindədir. Müqavilə, Hasilatın Pay Bölgüsü Sazişinin müddəalarına əsasən, BP şirkətinin Xəzər dənizindəki 7 stasionar özülündə qazma qurğularının idarə edilməsi və onlara texniki xidmətin göstərilməsini nəzərdə tutur. Müqavilənin əhatə dairəsinə “Şərqi Azəri”, ‘’Qərbi Azəri’’, ‘’Mərkəzi Azəri’’, dərinsulu “Günəşli”, habelə “Qərbi Çıraq”, “Çıraq” və “Şahdəniz” yataqlarındakı dəniz özülləri üzrə qazma qurğuları daxildir. Müqavilənin ilkin müddəti beş ildir və iki dəfə bir il müddətinə artırıla bilər.
2018-ci ilin iyul ayında təsis olunmuş “Turan Drilling and Engineering” "KCA Deutag" və "SOCAR AQŞ" şirkətlərinin birgə müəssisəsidir. Birgə müəssisə, özündə qazma və mühəndis-layihələndirmə işlərinin yerinə yetirilməsi sahəsində dünyanın aparıcı podratçılarından sayılan "KCA Deutag" şirkətinin səriştəsini habelə "SOCAR AQŞ"nin Xəzər regionunda qabaqcıl təcrübəsini və infrastrukturunu birləşdirir.
“Turan Drilling and Engineering” birgə müəssisəsinin əsas səhmdarı olan "SOCAR AQŞ" MMC-nin Baş direktoru Ramin İsayev qeyd etmişdir ki, "SOCAR AQŞ" Xəzər regionunda inteqrə olunmuş qazma və quyu xidmətləri sahəsində özünü təsdiq etmiş və etibarlı infrastruktura malik olan aparıcı müəssisədir. “Biz çox şadıq ki, birgə müəssisəmiz olan “Turan Drilling and Engineering” şirkəti öz inkişafının vacib mərhələsi sayılan bugünkü müqavilənin imzalanmasına nail olmuşdur. Bu müqavilənin bağlanılması birgə müəssisəmizin ən yüksək sənaye standartlarını tətbiq etməklə kompleks layihələrin həyata keçirilməsi sahəsində texniki imkanlarının və potensialının müştəri tərəfindən tanınmasına dəlalət edir. Yerli şirkət olaraq “Turan Drilling and Engineering” birgə müəssisəsi təsisçi şirkətlərin mövcud infrastrukturu, təcrübəsi və resursları kimi amillərin birləşdirilməsi sayəsində xərclərin optimallaşdırılmasını təmin etmək baxımından əlverişli mövqeyə malikdir. Bu gün imzalanan müqavilə Azərbaycanda yerli kadr potensialının və ümumiyyətlə, qazma sənayesinin və onunla əlaqəli xidmət sahələrinin inkişafına töhfə verəcək”.
Bugünkü xəbəri şərh edən "KCA Deutag" şirkətinin Baş direktoru Nori Makkey bildirib ki, "KCA Deutag" artıq uzun illərdir ki, Xəzər hövzəsində çalışır. "Biz şadıq ki, BP “Turan Drilling and Engineering” şirkəti ilə böyük əhəmiyyətə malik müqaviləni imzalamaqla Azərbaycanda yaratdığımız bu birgə müəssisənin potensialına inamını nümayiş etdirdi.
Xəzər regionunda quruda və dənizdə qazma və mühəndis-layihələndirmə xidmətlər bazarı öz dinamik inkişafını davam etdirir və biz əminik ki, yerli müəssisə olaraq regionda mövcud olmağımız strateji mövqeyimizi gücləndirməklə yeni fürsətlərdən yararlanmağımıza imkan verir”.
SOCAR AQŞ
SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Abşeron Qazma Şirkətinin şirkətinin təsis etdiyi və kompleks qazma və quyu xidmətləri göstərən müştərək müəssisədir.
Hazırda "SOCAR AQŞ" Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır.
Şirkətdə 1077 əməkdaş çalışır, onların da tam əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. "SOCAR AQŞ" Ukrayna və Banqladeşdə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan işlərin icrasını uğurla həyata keçirir.
Müəssisənin səhmdarları SOCAR, “Nobel Oil Services" şirkəti və "Abşeron Qazma” MMC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 25 d. əvvəl
-
-
28 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
50 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















