“Azərbaycan Dəmir Yolları”na işçilərinin sayını azaltmaq təklif olunub
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) gənc mütəxəssislərin çatışmazlığı müşahidə edilir.
Bu, dövlət müəssisəsinin 5 illik biznes planı ilə əlaqədar hazırlanmış hesabatda bildirilir. Biznes planın hazırlanmasında KPMG şirkəti də iştirak edib.
Hesabatda qeyd edilib ki, ADY-nin işçi heyətinin təqribən 15%-i təqaüd yaşındadır. İşçilərin cəmi 13%-nin yaşı 30-dan çoxdur.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
"ADY-də mövcud mükafatlandırma sistemi Azərbaycanda nəqliyyat sənayesinin digər şirkətləri səviyyəsində deyil. Həmçinin, dəmir ollarında insan resursları proseslərini (işəgötürmə, mükafatlandırma, fəaliyətin idarə olunması, təlim və inkişafı) tənzimləyən siyasətlər mövcud deyil. ADY insan resursları siyasəti işləyib-hazırlamalı, işəgötürmə, qiymətləndirmə, təlim, inkişaf, mükafatlandırma həyata keçirməlidir. Təqaüd yaşında və yaxud bu yaşa yaxın işçilərin, eləcə də bağlanması nəzərdə tutulan bölmələrdəki işçilərin işdən azad edilməsini stimullaşdıran proqram həyata keçirilməli, bu yolla müvəqqəti heyət işdən azad edilməlidir", - hesabatda bildirilir.
Bundan başqa, ADY-ə tövsiyyə edilib ki, gənc mütəxəssislərin cəlb edilməsi və onların uzun müddət şirkətdə işləməsini təmin edən insan resursları brendi və proqramlar işlənib-hazırlansın və həyata keçirilsin: "Mükafatlandırma strategiyasının təkmilləşdirilməsi, mükafatlandırma sisteminin səmərəlilik göstəriciləri ilə əlaqələndirilməsi mümkün olmalıdır. İşçilər üçün ilkin təlim proqramının, texniki mühəndislər və menecerlər üçün davamlı təlim sisteminin yaradılması, işçi heyətinin müntəzəm olaraq qiymətləndirilməsi həyata keçirilməlidir".
XXX
KPMG-dən "Marja"ya daxil olan məlumatda bildirirlir ki, KPMG ADY üçün audit həyata keçirməmişdir: "Bu Dünya Bankının maliyyələşdirdiyi layihələr çərçivəsində Almaniyanın "Deutsche Bahn" şırkəti ilə həyata keçirilmiş müştərək layihə idi və bu layihə çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC üçün 5 illik biznes plan hazırlanmışdır".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
13 d. əvvəl
Əhali banklara daha çox valyuta satıb - "Təklif 70 milyon dollar, tələb 54 milyon dollar olmuşdur"
-
19 d. əvvəl
"Uçot dərəcəsindəki dəyişikliklərin kredit və depozit faizlərinə təsiri müşahidə olunub"
-
26 d. əvvəl
Göygöl Şərab Zavodu İsveçrədə keçirilən “Snow Polo World Cup 2026”-da iştirak edib
- 37 d. əvvəl
-
40 d. əvvəl
"Bank sektoru izafi likvidlik şəraitində fəaliyyət göstərib" - 2,9 milyard manat
- 48 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 423 milyon dollar üstələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Taleh Kazımov 2026–2027-ci illər üzrə proqnozları açıqladı
Ən çox oxunanlar
Ən çox xarici borcu olan dövlət qurumları
"Yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb"
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı - SON DƏQİQƏ
Azərbaycanın xarici dövlət borcu 316,2 milyon dollar azalaraq 4 milyard 813,5 milyon dollara düşüb




























