Məşhur şirkət növbəti dəfə istiqraz buraxır – ALANA 10% ÖDƏYƏCƏK
Azərbaycanın boru istehsalçısı dövriyyəyə 3 milyon manatlıq istiqraz buraxmağa start verib. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “METAK” şirkətin hər birinin nominal dəyəri 1000 AZN olan 3000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarını qeydiyyata alıb.
“METAK” MMC-nin Maliyyə meneceri İsmayıl Hümbətov “Marja”ya bildirdi ki, istiqrazların tədavül müddəti 1 il, illik gəlirlilik 10%-dir. Faiz gəlirinin ödəniş müddət isə 1 aydan bir (30 gün) müəyyən edilib. Emissiyanın anderrayteri “İnvest-AZ Investisiya Şirkəti”dir. İstiqrazların satışına gələn həftədən start veriləcəkdir.
Əlavə olaraq qeyd edək ki, bu emissiya “METAK”ın sayca 3-cü istiqraz emissiyasıdır. Birinci emissiyanın həcmi 2 milyon manat, ikinci emissiyanın həcmi isə 3 milyon manat təşkil etmiş, “METAK” şirkəti hər iki buraxılış üzrə öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmişdir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Şirkətin əməkdaşı əlavə etdi ki, istiqraz buraxılışı ilə cəlb ediləcək 3 milyon manatın bir hissəsi dövriyyə vəsaitinin artırılmasına, qalan hissəsi isə əsas vəsaitlərin alınmasına sərf ediləcəkdir. “METAK”ın istehsal etdiyi məhsullara təlabatın artması istehsalın genişləndirilməsini tələb edir.
İsmayıl Hümbətov vurğuladı ki, yüksək gəlirli və eyni zamanda etibarlı qazanc mənbəyi olduğundan “METAK” istiqrazlarına investorların marağı böyükdür.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)









