Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Neft bundan baha ola bilməz"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft bundan baha ola bilməz"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bir sıra amillər var ki, onlar neft qiymətlərində müsbət tendensiyalara əsas verir". 

 

Bunu "Fitch” Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında qurumun təbii ehtiyatlar və əmtəə üzrə direktoru Dimitri Marinçenko deyib.

 

 

“Bunlar Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) qərarları, İranda və Venesuelada neft hasilatının həcminin azalması və ABŞ əleyhinə baş verən proseslərdir. Düşünmürük ki, növbəti iki ildə İran və Venesuelada hasilat azalsa bu neft qiymətlərinə ciddi təsir edəcək.

 

Biz yaxın dvördə qiymətinin aşağı həddinin 55 dollar, yuxarı həddinin isə 70-75 dollar olacağını düşünürük. Neft bundan baha ola bilməz. Əgər qiymətlər kəskin artarsa, bu, ABŞ-ın Səudiyyə Ərəbistanı da daxil olmaqla OPEC ölkələrinə təzyiq göstərməsinə gətirib-çıxara bilər. Çünki yüksək neft qiymətləri ABŞ iqtisadiyyatı üçün açıq təhdiddir”,- deyə o, qeyd edib,

 

“Fitch” 2019-cu ildə “Brent” markalı neftin 1 barelinin qiymətinin orta hesabla 65 dollar olacağını proqnozlaşdırır. 2020-ci il üçün proqnoz 62,5 dollar, 2021-ci il üçün proqnoz isə 60 dollardır. Uzunmüddətli dövr üçün isə qiymətin orta hesabla 57,5 dollar olacağını düşünürük. “WTI” markalı neftin qiyməti isə 50 dollardan aşağı ola bilər”, - deyə D.Marinçenko əlavə edib.

 

Bundan başqa, Fitch” rəsmisi bu il dünya iqtisadiyyatında 2,2% geriləmə gözlədiklərini də bildirib. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© Report

04.04.2019 08:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar