“Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi, “İnvest-AZ İnvestisiya Şirkəti” QSC və Akademiyanın birgə təşkil etdiyi “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib.
DGKA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, seminarı giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov Dövlət Gömrük Komitəsinin Akademiyasının qeyri-hökumət təşkilatları ilə, ictimai təşkilatlarda maarifləndirmə, bu və ya digər sahədə peşəkarlığın artırılması ilə bağlı fəaliyyət göstərən bütün qurumlarla əməkdaşlığa açıq olduğunu bildirib. Qulu Novruzov sözügedən qurumlarla qarşılıqlı fayda doğura biləcək sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın bazar iqtisadiyyatı şəraitində inkişaf edən, qeyri-neft sektorunun inkişafını xüsusi prioritet seçən, gələcək perspektivlər üçün çox fərqli biznes sektorlarının inkişafında maraqlı ölkə olduğunu diqqətə çatdırıb.
Akademiya rəisi təhsil alan hər bir Azərbaycan gəncinin ölkəmizin iqtisadi həyatına töhfə vermək, Azərbaycanda əhalinin rifah halının yaxşılaşması üçün xidmət göstərmək üçün müasir rəqabət dünyasında bacarıq və biliklərə sahib olmasının vacibliyini qeyd edib. Akademiyada tələbələr üçün yaradılan fürsətlərdən yararlanmağı tövsiyə edərək, seminarın işinə uğurlar arzulayıb və hər iki qurumla əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.
“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin baş mütəxəssisi Əli Hüseynli və "İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris üzrə meneceri Rövşən Məmmədov seminarın keçirilməsi ilə bağlı müraciətə müsbət münasibət göstərdiyinə görə Akademiya rəhbərliyinə təşəkkür ediblər.
Əli Hüseynli “Azərbaycan Maliyyə bazarları haqqında”, Rövşən Məmmədov “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda təqdimatla çıxış ediblər.
Seminarda tələbələrə ümumilikdə maliyyə bazarları, o cümlədən birjanın növləri, iştirakçıları, birjada ticarətin motivləri haqqında məlumat verilib. Bununla yanaşı, maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanı, marjinal ticarət, kredit çiyni, metatrader 4 proqram təminatı, analitik təhlil üsulları barədə danışılıb.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb, mövzular ətrafında fikir mübadiləsi və müzakirə aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
-
2 gün əvvəl
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Oktyabrın 26-da gözlənilən hava şəraiti
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
Azərbaycan neftinin son qiyməti
AzVak-da yeni vakansiyalar
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil uduldu!
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Intel-in gəliri 3-cü rübdə artıb
Ən çox oxunanlar
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
Bakıdaki ilk inklüziv “Kashalata” kafesi fəaliyyətini davam etdirir!
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA







.jpg)





.jpg)


.jpg)


