“Azsığorta” "kəmər sıxaraq" mənfəətə çıxıb
“Azsığorta” ASC 2018-ci ili 4 milyon 406 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Şirkət 2017-ci ili 3 milyon 65 min manat zərər ilə bağlamışdı.
“Marja” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Azsığorta”nın cəmi gəlirləri 30 milyon 51 min manat, cəmi xərcləri isə 24 milyon 634 min manat təşkil edib. Şirkət 5 milyon 417 min manat maliyyə mənfəətindən 1 milyon 11 min manat mənfəət vergisi ödəyib.
2017-ci ildə “Azsığorta”nın cəmi gəlirləri 31 milyon 325 min manat, cəmi xərcləri 34 milyon 389 min manat təşkil etmişdi.
2017-ci illə müqayisədə 2018-ci ildə Şirkətin cəmi gəlirləri 1 milyon 274 min manat və ya 4%, cəmi xərcləri isə 9 milyon 756 min manat və ya 28,4% azalıb. Xərclərin azalmasının gəlirlərin azalmasını kəskin üstələməsi “Azsığorta”nın zərərdən mənfəətə keçməsini təmin edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
İllik müqayisədə “Azsığorta”nın topladığı sığorta haqları 24 milyon 956 min manatdan 19 milyon 472 min manata, sığorta ödənişləri isə 9 milyon 96 min manatdan 8 milyon 95 min manata düşüb.
“Azsığorta” əsas əməliyyat, işlərin aparılması və sair xərclərini xeyli azaldıb.
ŞİRKƏT CÜZİ KİÇİLİB
31 Dekabr 2018-ci il tarixində “Azsığorta” 60 milyon 730 min manat cəmi aktivlərə, 26 milyon 329 min manat cəmi kapitala və 34 milyon 400 min manat cəmi öhdəliklərə malik olub. 31 Dekabr 2017-ci il tarixində “Azsığorta” 61 milyon 9 min manat cəmi aktivlərə, 29 milyon 883 min manat cəmi kapitala və 31 milyon 126 min manat cəmi öhdəliklərə malik idi. Kapitalın artması ötən il mənfəət əldə edilməsi ilə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
41 d. əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
2 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
























