Azərbaycanın tədiyyə balansında böyük profisit
2018-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi profisiti 3 milyard 508 milyon ABŞ dolları təşkil edib. (2017-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi profisiti 1 milyard 971 milyon dollar təşkil etmişdi).
"Marja" Azərbaycan Mərkəzi Bankının açıqladığı "2018-ci ilin yekunu üzrə Azərbaycan Respublikasının Tədiyyə balansı"na istinadən xəbər verir ki, bu, həm neft qiymətinin 33% bahalaşması, həm də Cari Əməliyyatlar Balansında (CƏB) yaranmış müsbət tendensiyalar hesabına formalaşıb.
Hesabat dövründə cari əməliyyatlar hesabında 6,1 mlrd. dollarlıq (2017-ci ilə nəzərən 3,6 dəfə artım) profisit yaranıb. O cümlədən neft-qaz sektoru üzrə profisit 1,7 dəfə (5,5 mlrd. dollar) artaraq 12,9 mlrd.dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə ötən ilə nisbətən 19,6% (1,1 mlrd. dollar) artaraq 6,8 mlrd. dollar məbləğində olub. Nəticədə neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın kəsirini tam örtüb.
CƏB-dəki profisit, əsasən, xarici ticarət balansında profisitin 1,6 dəfə artması, ixracın neft-qaz sektoru üzrə 40%, qeyri-neft sektoru üzrə isə 10% artması, xidmətlər balansında kəsirin 1,6 dəfə azalması, o cümlədən, tikinti xidmətləri üzrə kəsirin 1,9 dəfə (1,1 mlrd. dollar) və digər işgüzar xidmətlər üzrə kəsirin 1,5 dəfə (392 mln. dollar) azalması, təkrar gəlirlər balansında profisitin 3,2% (23 mln. dollar) artması hesabına təmin edilib.
Qeyd edək ki, tədiyə balansı hesablamalarında xam neftin faktiki orta qiyməti 69,6 dollar (2017-ci ildə 52,4 dollar) olub.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
TƏDİYƏ BALANSI NƏDİR?
Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Başqa sözlə, tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir. İnstitusional vahidin rezidentlik statusu onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi və bu əraziyə sıx bağlılığı ilə müəyyən edilir. Tədiyə balansi 4 hissədən ibarətdir: 1. Cari Əməliyyatlar balansı; 2. Kapitalın və maliyyənin hərəkəti balansı; 3. Ehtiyat aktivlərin dəyişməsi və 4. Balanslaşdırıcı maddələr.
Ölkənin cari əməliyyatlardan əldə etdiyi gəlirlər, cari əməliyyatlara çəkilən xərclərdən daha böyükdürsə bu vəziyyət cari profisit (cari əməliyyatlar artıqlığı); Daha kiçikdirsə cari kəsir (cari əməliyyatlar defisiti) olaraq adlandırır.
Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş faktor gəlirlər (əmək haqqı, divident, faiz, renta və digər bu tip ödənişlər) və cari transfertlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
7 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 28 d. əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
“Günaydın” restoranı yeni filialını açır
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib






.jpg)
.jpg)









.jpg)





