Sığorta və təkrarsığorta brokeri xalis mənfəətini 29% artırıb
“Marş Sığorta və Təkrarsığorta üzrə Broker” MMC 2018-ci ili 680 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2017-ci illə müqayisədə 29,3% çoxdur.
Ötən il sığorta və təkrarsığorta brokerinin gəlirləri 1,714 milyon manat, xərcləri 864 min manat, mənfəət vergisi ödəmələri isə 170 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Marş Sığorta və Təkrarsığorta üzrə Broker”in aktivləri 8,492 milyon manat olub ki, bu da illik müqayisədə 10,3% çoxdur. 2018-ci ildə şirkətin öhdəlikləri 15,1% artaraq 7,099 milyon manata çatıb, balans kapitalı isə 8,8% azalaraq 1,393 milyon manata düşüb.
Xatırladaq ki, “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” 2002-ci ildə “Marş Caspian Services” adı ilə yaradılıb, 2005-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 10 min manatdır. Şirkət ABŞ-ın Nyu-York birjasında fəaliyyət göstərən “Marsh & McLennan” şirkətinin törəməsidir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
45 d. əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
2 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
























