Mərkəzi Bank yeni şərtlərlə depozit hərracı elan etdi - BANKLARIN GƏLİRİ AZALACAQ
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.
"Marja" xəbər ki, hərrac ilə 350 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Hərrac 18 mart 2019-cu il tarixində keçiriləcəkdir.
Müddət 14 gün, faiz dərəcəsi 7,01% - 8,99% aralığında müəyyən olunub. Fevralın 1-dən bəri faiz dərəcəsi 7,26% - 9,24% aralığında müəyyən olunurdu. Faiz aralığının geriləməsi Mərkəzi Bankın faiz endirməsi ilə bağlıdır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir. Qərar 15 mart 2019-cu ildən qüvvəyə minir.
Depozit hərracının faiz dərəcəsi aralığı faiz dəhlizinin aşağı həddi (hazırda 7% ) ilə uçot dərəcəsi (hazırda 9%) arasında müəyyən olunur. Mərkəzi Bank uçot dərəcəsini aşağı saldığından depozit hərracınının faiz aralığı da düşür.
Bu il ikinci dəfədir Mərkəzi Bank faiz endirir. 01 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,5 bənd endirilməsi barədə qərar qəbul etmişdi. Qərara əsasən, uçot dərəcəsi 9.75% səviyyəsindən 9.25%-ə, faiz dəhlizinin yuxarı həddi 11,75%-dən 11.25%-ə, aşağı həddi isə 7.75%-dən 7.25% səviyyəsinə endirilmişdi. Həmin qərardan sonra depozit hərraclarında faiz aralığı 7,26% - 9,24%-ə düşmüşdü.
Ötən il də Mərkəzi Bank faizləri endirmiş və depozit hərracının faiz aralığı aşağı düşmüşdü.
Qeyd edək ki, depozit hərraclarında tələb təklifi üstələdiyindən depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi aralığın aşağı səviyyəsində (indiyədək 7,26%) olurdu. Böyük ehtimalla (tələb təklifi üstələməkdə davam edərsə), 18 Martdan etibarən depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsinin 7,01%-ə düşəcəyi gözlənilir. Depozit hərraclarına banklar qatılır. Faizin aşağı düşməsi bankların bu alətdən gəlirlərinin azalacağı deməkdir.
11.03.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında təklif 350 milyon manat, tələb 909,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
25 d. əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
-
42 d. əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
2 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI



















