Sumqayıt Texnologiyalar Parkı yeni "STP Panel" brendini təqdim edir
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
® Sumqayıt Texnologiyalar Parkı mart ayından etibarən “STP Panel” brendi altında olan məhsulları bazara təqdim edir. Artıq müştərilər STP-nin Sendviç Panellər zavodunda istehsal olunan məhsulları yeni brend altında əldə edə biləcəklər.
“STP panel” brendi bir sıra məhsulları əhatə edəcək.
Bu brend əsasən sendviç panel, alüminium kompozit panel (Alkopan), metal profilli dam örtükləri (Profnastil), metal-kirəmit (Çerepitsa) kimi məhsullar bu ticarət nişanı ilə bazara təqdim ediləcək.
STP panelin daş yun sendviç panelləri
STP Azərbaycanda ilk daş yun materialı ilə sendviç panel istehsal edən qurumdur. Son illərdə inşaat sektorunda daha qabaqcıl müasir texnoloji materiallardan istifadə olunur. İzolyasiyanın tələb olunduğu hər sahə üçün ən müasir material isə daş yunu hesab edilir. Daş yunu təbii vulkanik süxurlardan əldə edilir. 1600 dərəcə istiliyə məruz qalan material daha sonra sıxılaraq lazımi formaya salınır. STP sendviç panellərin istehsalı zamanı ən yüksək keyfiyyətə malik daş yun materiallarından istifadə edir. Bu tip sendviç panellər xüsusilə yanğın riski yüksək olan binalara təklif olunur. Həm fasad, həm arakəsmə divarlar, həmçinin də dam örtüyü üçün istifadəyə uyğundur.
STP panelin poliuretan sendviç panelləri
Poliuretan sendviç panellərin istehsalı zamanı yüksək keyfiyyətli izosionat, poliol, pentan və katalizator kimi xammallardan istifadə olunur. “STP panel” çox yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək davamlılığı, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir. Demək olar ki, bütün iqlim zonalarında xarici divarlar və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur. Ümumiyyətlə qeyd edtmək lazımdır ki, “STP panel”-in məhsulları öz rəqiblərindən nəzərə çarpacaq dərəcədə seçilir. 5 qabırğalı quruluşa malik olduğu üçün 600 kiloqrama qədər ağırlığa tab gətirir. Dözümlü metal lövhələrdən istifadə edildiyi üçün tikinti zamanı istifadə edilən metal konstruksiyada qənaətə səbəb olur.
Sifariş etmək üçün əlaqə vasitələri
STP Azərbaycanda fəaliyyət göstərən inşaat materiallarının satışını və dağıtımını təşkil edən şirkətləri əməkdaşlığa dəvət edir. Sifarişçinin istəyinə uyğun qalınlıqda və rəngdə polad təbəqədən istifadə edən “STP panel” məhsullarını əldə etmək üçün [email protected] email ünvanina yaza və ya *0990 qısa nömrəsinə zəng edə bilərsiniz. STP-nin potensialı müştərilərin sifarişini vaxtlı-vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməyə tam imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 saat sonra
-
-
4 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
12 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
14 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"













.jpg)







