PAŞA Bank müştərilər üçün güzəştli kreditləşmə imkanı yaradıb
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank tərəfindən ilk dəfə olaraq öz müştərisinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun kredit vəsaiti ayrılmışdır. Fondun şərtlərinə əsasən, qeyd edilmiş kredit üzrə faizlərin müəyyən hissəsi Fond tərəfindən ayrılan subsidiya hesabına ödəniləcəkdir.
PAŞA Bankın Kommersiya bankçılığı departamentinin direktoru Heydər Süleymanov bildirib ki, Azərbaycan iqtisadiyyatının əsas sektorlarında həyata keçirilən islahatlar nəticəsində ölkədə biznes mühiti ilbəil yaxşılaşdırılır və biznesin inkişafı üçün şərtlər asanlaşdırılır.
“İpoteka və Kredit Zəmanət fondunun müvəkkil bankı olaraq, PAŞA Bank sahibkarlara manatla ayrılan kreditlər üzrə hesablanmış faiz dərəcəsinin müəyyən hissəsi həcmində subsidiyadan yararlanmaq fürsəti yaradır. Beləliklə, ilk dəfə olaraq ticarət və xidmət sektorunda fəaliyyət göstərən PAŞA Bank müştərisi Fondun əlverişli şərtləri ilə ayrılmış vəsait hesabına biznesini daha da genişləndirmək imkanına malik olacaq ”, - deyə H. Süleymanov fikrini tamamladı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
50 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
























