Neft Fondunun aktivləri 7%-dən çox artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2018-ci il ərzində ARDNF-nin büdcə gəlirləri 17 milyard 614,1 milyon manat, büdcə xərcləri isə 11 milyard 455,6 milyon manat təşkil etmişdir.
Fonddan "Marja"ya daxil olmuş məlumata görə, 2018-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 17 milyard 433 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 16 milyard 645,6 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, akrhesabı ödənişləri 4,1 milyon manat, tranzit gəlirləri 18,1 milyon manat təşkil etmişdir.
Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 181,1 milyon manata bərabər olmuşdur.
2018-ci il ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 10 milyard 959 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 176,1 milyon manat vəsait ayrılmışdır. 7,2 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2018-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 23,3 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 1 milyard 557,3 milyon manat təşkil etmişdir.
2019-cu il yanvarın 1-ə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 milyard 806,5 milyon ABŞ dolları) nisbətən 7,56% artaraq 38 milyard 515,2 milyon ABŞ dollarına bərabər olmuşdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri hesabına olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
6 d. əvvəl
Ekspeditorun müştəriyə dəymiş zərəri ödəmə proseduru müəyyənləşir
-
8 d. əvvəl
“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb
- 9 d. əvvəl
-
17 d. əvvəl
Dayanacaq məntəqələriylə əlaqədar vahid səlahiyyətli qurum müəyyən ediləcək
-
20 d. əvvəl
Bu şirkət 6 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilir
- 34 d. əvvəl
- 42 d. əvvəl
-
49 d. əvvəl
Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı
-
1 saat əvvəl
Möhtəşəm yaşayış kompleksi - Nizami City: TƏMİRLİ VƏ TƏMİRSİZ MƏNZİLLƏR!
Son Xəbərlər

Qlobal birjalarda SON VƏZİYYƏT

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

Təkər bazarı ərazisində yanğın baş verib - VİDEO

Rəsmi məzənnələr açıqlandı

Bu gün FED-in faiz qərarı diqqət mərkəzindədir
