Beynəlxalq Bank elektron bankçılıq xidmətləri üzrə liderdir
® Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının 2018-ci il üzrə nağdsız ödənişlərin inkişafı istiqamətində birgə keçirdikləri müsabiqənin nəticələri elan edilib.
Azərbaycan Beynəlxalq Bankı “Elektron bankçılıq xidmətləri üzrə lider bank” nominasiyasında 1-ci yerin qalibi olub. 28 fevral 2019-cu il tarixində Mərkəzi Bankda keçirilən mərasimdə mükafat banka təqdim olunub.
Azərbaycan Beynəlxalq Bankı elektron bankçılıq xidmətlərini mütəmadi olaraq inkişaf etdirir. Ölkədə nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verir. Bankın aktiv plastik kartlarının sayı 1 milyon 300 mindən çoxdur. 762 ATM-i ilə Azərbaycan Beynəlxalq Bankı ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda müxtəlif ticarət və xidmət mərkəzlərində bankın 12,250 POS-terminalı fəaliyyətdədir. Azərbaycan Beynəlxalq Bankı həm də ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. VISA, MasterCard, American Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər yerində faydalana biləcəkləri geniş çeşidli elektron bank xidmətləri göstərir.
Bankın Elektron ödənişlər departamentinin direktoru Eldar Cəbrayılov bildirib: “Elektron bankçılıq xidmətləri üzrə lider bank” nominasiyasının qalibi olmağımız bu istiqamətdə əldə etdiyimiz nəticələrə verilmiş yüksək qiymətdir. Biz bu sahədə layihələrimizi davam etdirməkdəyik. Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına bundan sonra da öz töhfələrini verəcək”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























