Uşaq bağçalarının özəlləşdirilməsinə icazə verilməyəcək
Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi keçirilib.
İclasda çıxış edən komitə sədri İsa Həbibbəyli qanun layihəsinin daha da təkmilləşdiyini bildirib.
O qeyd edib ki, qanun layihəsinin birinci oxunuşunun müzakirəsi zamanı həm Milli Məclisin plenar iclasında, həm də ondan sonra ekspertlərin rəyində və sosial mediada məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə birmənalı şəkildə yox cavabı verilib: "Həm deputatların, həm də Təhsil Nazirliyinin fikirlərini əsas götürürək layihənin əvvəlki variantında özəlləşdirilmə ilə bağlı yer alan maddə çıxarılıb. Lakin Təhsil Nazirliyinin irəli sürdüyü maddədə özəllişdirilməyə yaxın fikirlər yer alıb. Belə ki, nazirliyin bizə göndərdiyi rəydə qeyd olunur ki, məktəbəqədər təhsil müəssisələrinin profili dəyişmədən hüquqi və fiziki şəxslər tərəfindən özünüidarə etməyə verilə bilər. Təbii ki, bu, özəlləşdirmə yox, sadəcə bu, sahənin inkişaf etdirilməsi üçün əlavə imkanlar deməkdir".
Komitə sədri əlavə edib ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisəsi əlavə iqtisadi gəlir və sosial sənmərə əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək: "Dövlət məktəbəqədər təhsil müəssisəsilərinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradacaq. Dövlət məktəbəqədər təhsil müəssisəsi sahibkarlıq fəaliyyətdən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldiləcək".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
4 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq



























