Qiyməti rekord qırdı - Rusiya istehsalçıları sevinir
Palladyum qiymətləri 1500 dolları aşaraq rekord qırıb, qızıl qiymətləri 10 ayın ən yüksək səviyyəsinə qalxıb
Benzin ilə işləyən avtomobillərdə emissiya nəzarətini təmin edən hissənin (katalizator) istehsalında istifadə edilən palladyum qıtlaşıb. "Marja" xəbər verir ki, bununla əlaqədar olaraq palladyumun unsiyasının qiyməti 1500 dolları aşaraq rekord səviyyəyə çatıb. Qiymətlərdəki bu yüksəliş, Rusiya və Cənubi Afrikadakı böyük istehsalçıları sevindirir.
Palladyumun qiyməti 1.7 faiz yüksələrək unsiyası 1505.46 dollara qədər qalxıb. Qiymətlər ardıcıl yeddinci aydır qalxır.
Qızılın unsiyasının qiyməti isə 0.4 faiz yüksələrək 1346.80 dolları görüb. Bu, son 10 ayın ən yüksək səviyyəsidir.
"Citigroup Inc", palladyum qiymətlərinin bu ay daha da yüksələcəyini qeyd edərək, bazarın yalnız bir "şok" ilə tarazlığa qovuşa biləcəyini və 1600 dollar səviyyəsinə qalxa biləcəyi barədə xəbərdarlıq edib.
Avtomobillərin ekoloji təmizliyini təmin edən katalizatorların mühüm istehsalçılarından biri olan "Conson Matthey Plc", qlobal qıtlığın bu il "dramatik bir şəkildə" artdığını qeyd edib. Avtomobil bazarının dizel vasitələrdən uzaqlaşması benzin avtomobillərə tələbin artmasına səbəb olub.Benzin avtomobillərinin istehsalının artması palladyuma da tələbi artırıb.
Növbəti bir neçə ildə palladyum istehsalının artacağı gözlənilmir. Bazardakı qıtlıq davam edəcək və qiymətlər yüksəlməkdə davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















