Banklar Assosiasiyası “Kapital Bank”ın əməkdaşını təltif edib
15 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilib.
Assosiasiyadan "Marja"ya daxil olmuş məlumata görə, yığıncağı giriş sözü ilə açan Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.
İclasın gündəliyinə ABA-nın 2018-ci il üzrə fəaliyyətinə dair hesabatın (görülmüş işlər, Ekspert Qrupları və maliyyə hesabatı) dinlənilməsi və təsdiqi, ABA-nın Audit Komitəsinin hesabatının dinlənilməsi və təsdiqi, ABA-nın törəmə qurumlarının 2019-cu il üzrə büdcəsinin və ştat cədvəlinin təsdiqi: ABTM; Banklar və Biznes qəzeti; Biləsuvar bağça-məktəb-lisey kompleksi və cari məsələlər daxil olub.
İclasda ABA-nın 2018-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı Yunus Abdulov tərəfindən təqdim edilib və təsdiq edilib. ABA-nın Audit Komitəsinin hesabatı dinlənilib və təsdiq edilib. Həmçinin ABA-nın törəmə qurumlarının 2019-cu il üzrə büdcəsi və ştat cədvəli təsdiq edilib.
Ümumi Yığıncağın iclası zamanı Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun üzvü, “Kapital Bank” ASC-nin əməkdaşı Arif Mehdiyev “İstehlak kreditlərinin verilməsi üzrə vahid kredit şərtləri”nin hazırlanmasında fəal iştirakına görə “Hüquqi məsələlər üzrə Ekspert Qrupunun fəaliyyətinə aktiv dəstəyə görə” nominasiyası üzrə təltif edilib.
Qeyd edək ki, Arif Mehdiyev bundan əvvəl “Bank of Baku” ASC-də çalışıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























