Qiymətli kağızlar bazarından kapital cəlb etməyin yolları
Bazar iqtisadiyyatı şəraitində şirkətlər üçün borc vəsait (kapital) cəlb etməyin bir neçə üsulu vardır və bunlar içərisində bank kreditləri ilə yanaşı qiymətli kağızlar bazarından kapital cəlbi də xüsusi yer tutur. Qiymətli kağızlar bazarı investorlara əlavə gəlir qazanmaq imkanı yaratdığı kimi, müxtəlif şirkətlərə də borc vəsaiti və ya kapital cəlbi üçün geniş imkanlar təqdim edir.
Bəs qiymətli kağızlar bazarından necə vəsait (kapital) cəlb etmək olar?
Bu istiqamətdə qiymətli kağızlar bazarı şirkətlərə iki əsas alternativ təqdim edir:
- İstiqraz buraxılışı (emissiyası)
- Səhm buraxılışı (emissiyası)
İstiqraz emissiyasının xüsusiyyətləri
İstiqraz emissiyasının digər maliyyə imkanlarından bir sıra fərqləndirici və üstün cəhətləri var. Səhm emissiyasından fərqli olaraq, istiqrazların emissiyası zamanı istiqrazları əldə etmiş investorlar şirkətin idarəçiliyində heç bir paya malik olmur. Bu baxımdan idarəçililiyi itirməmək şərti ilə borc vəsait cəlb etmək istəyən emitentlər (qiymətli kağızları emissiya edən şirkət) istiqraz emissiyasını seçirlər. Qeyd edək ki, istiqraz emissiyası bu xüsusiyyətinə görə bank kreditlərindən də müsbət mənada fərqlənir. Həmçinin bank kreditlərindən fərqli olaraq, istiqraz emissiyası zamanı mühüm şərtlərin (faiz dərəcəsi, faizlərin ödənilməsi aralığı və s.) emitent tərəfindən müəyyənləşdirilməsi istiqraz emissiyasını daha da üstün edir.
Səhm emissiyasının xüsusiyyətləri
Səhm emissiyası emitent şirkətlərə öz nizamnamə kapitallarının artırılması üçün əvəzedilməz vasitədir. Lakin səhm emissiyasının imkanları yalnız bununla məhdudlaşmır. Belə ki, səhm emissiyasından əldə edilmiş kapital da digər maliyyə imkanlarında olduğu kimi, şirkətin daha gəlirli fəaliyyəti üçün istifadə edilə bilir. Lakin adi səhm emissiyasının özünəməxsus xüsusiyyətinə görə səhm emissiyası digər maliyyə imkanlarından fərqlənir. Belə ki, səhmi əldə etmiş investorlar şirkətin gəlirlərinə və idarəçiliyinə “şərik” olurlar. Adi səhm sahibləri səhmlər üzrə dividendlərini isə (“şəriklik” payını) yalnız şirkət ili mənfəətlə başa vurduğu təqdirdə ala bilir. Bu isə səhm emissiyasının iki mühüm üstün xüsusiyyətə malik olmasını şərtləndirir:
1.Bank krediti və istiqrazlardan fərqli olaraq, kapital mənbələri (investorlar) emitent şirkətin mənfəətlə fəaliyyət göstərməsinə daha çox maraqlı olurlar.
2.Emitent şirkət dividendlərin ödənilməsində sərbəstdir və investorlar qarşısında ilin sonunda müəyyən həcmdə faiz ödəyəciyi ilə bağlı heç bir öhdəlik götürmür.
Lakin bu zaman nəzərə almaq lazımdır ki, uzunmüddət dividend ödəməyən şirkətlərə investorların marağı azalır.
Bəs qiymətli kağızların buraxılışını (emissiyasını) necə həyata keçirməli?
Qiymətli kağızların buraxılışı (emissiyası) prosesi ümumi halda aşağıdakı mərhələlərdə həyata keçirilir:
-Emissiya barədə qərarın qəbulu
-İnvestisiya şirkətlərinə müraciət edilməsi
-Emissiyanın Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qeydiyyata alınması
-Emissiyanın Bakı Fond Birjasında listinqə qəbulu (ehtiyac olduqda)
-Qiymətli kağızların emissiyasının müvafiq bazarlarda İnvestisiya şirkəti vasitəsilə icra edilməsi və kapitalın cəlbi
Əvvəlcədən düzgün maliyyə alətinin seçilməsi və doğru qərarların qəbulu məqsədilə biz ilk olaraq, lisenziyaya malik İnvestisiya şirkətlərinə müraciət edilməsini tövsiyə edirik.
Qeyd edək ki, emissiyanın icrası kütləvi təklif və ya qapalı yerləşdirmə üsulu ilə həyata keçirilə bilər. Bu üsulların xüsusiyyətləri, üstünlükləri barədə ətraflı məlumatı isə gələn məqaləmizdə təqdim edəcəyik.
Qiymətli kağızların emissiyası barədə daha dolğun məlumatı həmçinin İnvestisiya şirkətlərinə, Listinq Məsləhət Proqramına (LMP) və yaxud Assosiasiyamıza müraciət etməklə də əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
9 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
9 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
10 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!



















