"Dünyada bir nömrə olacağıq"
Çinin texnologiya nəhəngi "Huawei" verdiyi açıqlamada, bu il ABŞ bazarı olmadan və şirkətin üzərindəki qlobal təzyiq şəraitində də dünyanın ən çox ağıllı telefon satan istehsalçısı ola biləcəyini qeyd edib.
"Marja" xəbər verir ki, telefonlardan tutmuş müxtəlif telekommunikasiya avadanlıqlarının istehsalçısı olan "Huawei"nin, ötən il istehlakçı bazarı məhsullarından gəlirləri 50% artım qeyd edərək 52 milyard dolları keçib. Şirkət gələn ay yeni beşinci nəsil (5G) texnologiyasını dəstəkləyən ağıllı telefonu təqdim edəcək. Bu telefon ilə satışların daha da artacağı bildirilib.
Tarixində ilk dəfə "Huawei"nin istehlakçı bazarına yönəlmiş məhsullarının satışından gəlirlər telekommunikasiya avadanlıqlarının satışından gəlirləri keçəcəkdir.
"Huawei"nin istehlakçı malları departamentinin rəhbəri Riçard Yu, şirkətin keçən il 208 milyon ədəd ağıllı telefon sifarişi aldığını qeyd edərək "ABŞ bazarı olmasa da, dünyada bir nömrə olacağıq. Bunun bu il, olmasa da, ən gec gələn il reallaşacağına inanıram" deyib.
Məsləhət firması IDC-nin proqnozlarına görə, dünya miqyasında ağıllı telefon satışları keçən il 3% azalıb, bu il də aşağı təkrəqəmli faizlərdə artım olacaq və bu vəziyyət 2022-ci ilə qədər davam edə bilər. Digər tərəfdən isə IDC-nin proqnozuna görə, 5G mobil şəbəkə texnologiyasının təqdim edilməsi sektorunun böyüməsinə töhfə verə bilər.
"Huawei", özünün mikroçip texnologiyasını telefon və serverlərində istifadə edir, ancaq şirkət "Qualcomm" və "Intel" kimi çip istehsalçılarına bu sektorda rəqib olmaq niyyətində olmadığını da bildirir.
"Huawei" həmçinin "Tiangang" adlı bir 5G baza stansiyası çip mərkəzini təqdim edib. Şirkətin Rabitə Xidmətləri Departamentinin rəhbəri Ryan Ding, "Huawei"nin Avropada 18, Orta Şərqdə 9, Asiya-Sakit Okean regionunda 3 olmaq üzrə cəmi 30, 5G müqaviləsi imzaladığını da söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
8 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 10 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















