Bankların və BOKT-ların kredit portfeli 7%, istehlak kreditləri 15% artıb
2018-ci il noyabrın 30-na olan vəziyyətə görə, yanvar-noyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 6,9% artaraq 12 mlrd. 564,2 mln. manata çatıb. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Dekabrın əvvəlinə vaxtı ötmüş kreditlərin həcmi 1 mlrd. 688,7 mln. manat (yanvar-noyabr ayları ərzində artım 3,8%) və ya bütün kreditlərin 13,4%-ni təşkil edir.
Noyabrın 30-na dövlət payına malik olan banklar tərəfindən 1 mlrd. 848,7 mln. manat (azalma 3,5%) və ya bütün kreditlərin 14,7%-i, özəl banklar tərəfindən 10 mlrd. 323,4 mln. manat (artım 9,6%) və ya bütün kreditlərin 82,2%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Dekabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 7 mlrd. 891,3 mln. manat (artım 13,5%) milli valyuta, 4 mlrd. 672,9 mln. manat (azalma 2,7%) xarici valyuta ilə verilib. Noyabr ayının sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 37,2% (2017-ci ilin sonuna 40,8%) təşkil edir.
2018-ci il noyabrın 30-na bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 84,3 mln. manat (bütün kreditlərin 16,6%-i) ticarət və xidmət sahələrinin, 272,7 mln. manat (2,2%) energetika, kimya və təbii sərvətlər sektorunun, 470,8 mln. manat (3,7%) kənd təsərrüfatı və emal sahələrinin, 401,7 mln. manat (3,2%) tikinti və daşınmaz əmlak sahələrinin, 685,6 mln. manat (5,5%) sənaye və istehsal sektorunun, 1 mlrd. 367,2 mln. manat (10,9%) nəqliyyat və rabitə sahələrinin, 5 mlrd. 297,8 mln. manat (42,2%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-noyabr aylarında bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 15% artıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
28 d. sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























