Belarus Azərbaycanda dərman istehal edəcək
"Azərbaycanla Belarus iqtisadi cəhətdən rəqib deyil, əksinə, bir-birini tamamlayır və bu da hər iki ölkə üçün səfrəlidir".
Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Ahramoviç deyib.
“Belarusun Azərbaycana ixracatı əsasən maşınqayırma, neft-kimya, əczaçılıq, hərbi təyinatlı məmulatlardan ibarətdir. Azərbaycandan isə nef-kimya məhsulları, pambıq lifləri, meyvə-tərəvəz və s. qeyri-neft məmulatları idxal etmişik”, – səfir bildirib.
Ağır maşınqayırma sahəsində ikitərəfli əməkdaşlığa toxunan belaruslu diplomat bu ilin aprel ayında Gəncə Avtomobil Zavodunun sayca 10 mininci traktoru istehsal etdiyini xatırladaraq vurğulayıb ki, bu müəssisənin məhsulları artıq üçüncü ölkələrə ixrac olunur.
Gələcəkdə Azərbaycanda onkologiyaya dair dərmanlar da daxil olmaqla dava-dərman istehsalı yaratmağı nəzərdə tutduqlarını bildirən G.Ahramoviç bunun müqabilində Azərbaycanın da Belarusda öz konyak və şərablarının qablaşdırılması müəssisəsi yaratmaq, sonra da həmin məhsullarının həm Belarusda, həm də qonşu ölkələrdə satışını təşkil etmək niyyətində olduğunu diqqətə çatdırıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
5 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
6 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
Ən çox oxunanlar
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir






















