“Alstom” ilk yük lokomotivini Azərbaycana çatdırıb
“Alstom” şirkəti Bakı-Tbilisi-Qars regional dəmir yolu xəttində işləyəcək 40 yük lokomotivindən birincisini “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə çatdırıb.
QSC-dən "Marja"ya daxil olmuş məlumata görə, Qazaxıstanda “EKZ” Müştərək Cəmiyyətində istehsal olunan lokomotiv 7 dekabr tarixində Astanadan yola salınaraq Azərbaycana, Biləcəri qəsəbəsinə gətirilib.
“Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiya Bölgəsi üzrə İcraçı Direktoru Bernard Peille: “Biz “Azərbaycan Dəmir Yolları”nın strateji partnyoru olmaqdan və ölkədə yük nəqliyyatına artan ehtiyacı qarşılamaqda kömək edəcək ilk yük lokomotivini çatdırmaqdan məmnunluq duyuruq”.
Şirkət bir neçə ay ərzində Azərbaycan dəmir yolu infrastrukturunda təsdiqləyici sınaqlar keçirəcək.
“Alstom” şirkətinin “Prima” seriyası ağır yük, yük və sərnişin əməliyyatları və manevr yaxud yol işləri əməliyyatları üzrə bütün lokomotiv bazar seqmentlərini əhatə edir. AZ8A Azərbaycan üçün işlənib hazırlanmış Prima T8 ağır yük lokomotividir. O, hazırda Qazaxıstanda xidmət göstərən KZ8A lokomotivlərinə və ADY-nin spesifik texniki tələblərinə əsaslanır, GOST (Müstəqil Dövlətlər Birliyinin texniki standartlaşdırma təşkilatı) standartlarına və göstəricilərinə uyğundur. 1990-cı ildən bu günə qədər, bütün dünyada 3000-dən çox Prima lokomotivi satılıb.
Səkkiz oxu olan Prima T8 dünyada ən güclü elektrik lokomotivlərindən biridir. Bu model quraşdırılmış 8,8 meqavatt davamlı güc ilə 9000 tona qədər yükü yedəyə almağa və saatda 120 km sürətlə hərəkət etməyə qadir olan iki hissəli yük lokomotividir. AZ8A -25°C - 50°C temperaturlarda fəaliyyət göstərmək üçün layihələndirilib. O, minimal texniki xidmət tələb edir və modulyar dizaynı sayəsində yüksək səviyyədə etibarlılıq, eləcə də aşağı istismar müddəti xərcləri ilə əlaqədar tələbləri təmin edir.
“Alstom” və “Transmaşholdinq TMH” (Alstom 75%, TMH 25%) arasında müştərək müəssisə olan “EKZ”-də 440 işçi çalışır. Müəssisə Qazaxıstanın Milli Dəmir Yolu şirkəti olan “KTZ” tərəfindən sifariş edilən “Prima” elektrik lokomotivlərinin təchiz edilməsi və onlara texniki xidmət göstərilməsi,eyni zamanda Azərbaycan kimi ixrac bazarları üzərində çalışır. Bu gün 50 KZ8A yük lokomotivi və 20 KZ4AT sərnişin lokomotivi Qazaxıstanın dəmir yolu xətlərində kommersiya fəaliyyəti göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
45 d. əvvəl
NATO: Türkiyəyə buraxılan İran raketi vurulub, üzvlərimizi müdafiə edəcəyik
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
-
2 saat əvvəl
İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib
-
2 saat əvvəl
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
6 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Müharibə Avrozonada inflyasiya gözləntilərinə təsir edib
Azərbaycanın şirkətlər qrupunun Daşkənddə ofisi açıldı
"İranda yeni və daha qəbul edilə bilən bir rejimlə ciddi danışıqlar aparırıq, böyük irəliləyiş əldə olunub"
Ən çox oxunanlar
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
























