Agentlikdə "bazarkom"lar ilə görüş - "Fəaliyyətinizi təkmilləşdirin"
Dekabrın 19-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində 30-dan çox bazar tipli ticarət mərkəzinin rəhbəri ilə görüş keçirilib. Məqsəd bazar tipli ticarət mərkəzlərində qida təhlükəsizliyi nəzarətinin təkmilləşdirilməsidir.
Agentlikdən "Marja"ya daxil olmuş məlumata görə, görüşdə sahibkarların diqqətinə çatdırılıb ki, Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir. Bazar tipli ticarət mərkəzlərinin rəhbərləri də bu istiqamətdə öz fəaliyyətlərini təkmilləşdirməli və məhsulun təhlükəsiz satışını təmin etməlidirlər.
Qida Təhlükəsizliyi Agentliyinin Sədrinin müavini Rəşad Mafusov sahibkarlara Agentliyin əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bazar tipli ticarət mərkəzlərinin rəhbərləri də bu prosesə qoşulmalıdır. Həmçinin, bu tipli ticarət mərkəzlərində yeni nəzarət sisteminin qurulması təmin edilməlidir.
Sonda bazar tipli ticarət mərkəzləri rəhbərlərinin problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
1 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Ən çox oxunanlar
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
















.jpg)





