Bankların cəmi aktivləri nəyin hesabına artıb?
Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatsının açıqladığı aylıq hesabata görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri ötən ilin 10 ayı ilə müqayisədə 12,8% (3 milyard 379 milyon manat) artaraq 31 oktyabr 2018-ci il tarixində 29 milyard 690.2 milyon manata çatıb. 31 Oktyabr 2017-ci il tarixində bankların cəmi aktivləri 26 milyard 311.6 milyon manat təşkil etmişdi.
Bəs artım nə ilə bağlıdır?
“Marja”nın məlumatına görə, rəqəmlərə nəzər saldıqda məlum olur ki, cari ilin 10 ayı ərzində ötən ilin 10 ayı ilə müqayisədə müştərilərə verilmiş kreditlər cüzi - 181,7 milyon manat və ya 1,5% artıb. Belə ki 31 oktyabr 2017-ci il tarixində 11 milyard 707.5 milyon manat təşkil etmiş kreditlər 31 Oktyabr 2018-ci ildə 11 milyard 889.2 milyon manata yüksəlib.
Aktivlərin artmasına ən böyük töhfəni bankların qiymətli kağızlara investisiyaları və depozitlərin artması verib.
Belə ki, bankların qiymətli kağızlara investisiyaları 2,3 dəfə və ya 2 milyard 11 milyon manat artaraq 3 milyard 579 milyon manata yüksəlib.
Bankların depozitləri (Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər) 827 milyon manat və ya 13,8% artaraq 6 milyard 796 milyon manata çatıb. Hər iki maddə üzrə artım 2 milyard 838 milyon manat təşkil edib.
Cədvəl 1. Bank sektorunun icmal balansı (mln. manatla)
Aktivlər | 31.10.2017 | 31.10.2018 |
1. Nağd vəsaitlər | 1,229.0 | 1,120.0 |
2. Mərkəzi Bankda müxbir hesablar* | 2,597.3 | 2,455.6 |
3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar) | 2,290.6 | 2,466.8 |
4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər | 5,969.3 | 6,796.1 |
5. Qiymətli kağızlar | 1,567.8 | 3,578.9 |
6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər | 292.0 | 233.2 |
6.1 xalis kreditlər | 205.6 | 217.4 |
7. Müştərilərə verilən kreditlər | 11,707.5 | 11,889.2 |
7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 1,651.0 | 1,536.5 |
7.2 Xalis kreditlər | 10,056.5 | 10,352.7 |
8. Əsas vəsaitlər | 807.0 | 925.4 |
9. Qeyri-maddi aktivlər | 131.4 | 132.1 |
10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) | 1,457.1 | 1,645.2 |
11. Cəmi aktivlər | 26,311.6 | 29,690.2 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























