"Cənub Qaz Dəhlizi"nin icrasına heç nə mane ola bilməz"
"2011-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təməlini qoyduğumuz Trans-Anadolu Qaz Boru Xətti (TANAP) "Cənub Qaz Dəhlizi" layihəsinin dönüş nöqtəsi olub". Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısında çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, "Cənub Qaz Dəhlizi"nin əsas parçası olan TANAP layihəsi çərçivəsində işlərin 65%-i, "Cənub Qafqaz Boru Xətti" layihəsinin 80%-i, Trans-Adriatik Qaz Boru Xətti (TAP) layihəsinin 35%-i tamamlanıb. Ölkə başçısı əlavə edib ki, "Şahdəniz" yatağının 90%-i işlənilib.
"2011-ci ildə Rəcəb Tayyib Ərdoğanla TANAP-a imza atdıq. İstanbuldakı imzalanma mərasimi dönüş nöqtəsi oldu. Bundan sonra digər anlaşmalar imzalandı. TANAP anlaşması olmasaydı, bu layihə reallaşmazdı", - deyə prezident vurğulayıb.
Ölkə başçısı onu da qeyd edib ki, TANAP layihəsinin icrası zamanı optimallaşdırma işləri aparılıb və layihənin xərcləri azaldılıb.
"Cənub Qaz Dəhlizi" layihəsinin icrasına heç nə mane ola bilməz. Layihənin icrasında gecikmələrə yol verilməməlidir. Ekoloji problemləri bəhanə edənlər ola bilər. Layihə çərçivəsində ekoloji tələblərə tam riayət olunur. Nəticənin müsbət olacağına əminəm. Bir daha qeyd edirəm ki, layihə vaxtında icra olunacaq", - deyə o bildirib.
© APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















