Banklar Dolları cüzi bahalaşdırdı
İl sonu olduğundan Dollara tələbatın artması və maliyyə naziri Samir Şərifovun Manat barədə açıqlaması banklarda Dolların cüzi də olsa bahalaşmasına səbəb olur.
“Marja” xəbər verir ki, ötən həftə Dolları 1.7020 və 1.7025 manatdan satan banklar Bazar ertəsi qiymətləri 1.7030 manata qaldırıblar. Məsələn, Dolların satış qiymətini “AccessBank” 1.7020 manatdan 1.7030 manata, “Bank Avrasiya” 1.7025 manatdan 1.7030 manata, “Bank BTB” 1.7025 manatdan 1.7030 manata, “Bank Respublika” 1.7025 manatdan 1.7030 manata, "Bank Respublika" və "Unibank" da 1.7025 manatdan 1.7030 manata qaldırıb.
Qeyd edək ki, maliyyə naziri Samir Şərifov Manatın daha da möhkəmlənməsinin Azərbaycanın ixracı üçün faydalı olmadığını açıqlayıb. Bu açıqlama növbəti devalvasiya müzakirələrinə səbəb olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin noyabr ayı ərzində valyuta hərraclarında 654,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu, Oktyabrdakı satışlardan 164,5 milyon dollar və ya 33,6% çoxdur. Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin oktyabr ayı ərzində 489,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 45 d. sonra
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 22 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























