İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, hava şəraitinin arabir yağışlı, dumanlı olacağı gözlənilir.
Havanın temperaturu dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 3-5 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Zəif şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 9-12, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağışlı olacağı gözlənilir.
Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Havanın maksimal temperaturu 8-13 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-də hava şəraitinin arabir yağışlı olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə isti təşkil edəcək.
Paytaxt Bakıda isə buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 9-11 dərəcə isti təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)
