Maaş kartlarının sayı 2 milyon səviyyəsini keçdi
2018-ci ilin Oktyabr ayının sonunda cəmi ödəniş kartlarının sayı 6 milyon 424 min ədəd təşkil edib.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Sentyabr ayı ilə müqayisədə Oktyabrda cəmi ödəniş kartlarının sayı 67 min ədəd artıb.
Artım Yanvarda 20 min ədəd, Fevralda 70 min ədəd, Martda 43 min ədəd, Apreldə 89 min ədəd, Mayda 50 min ədəd, İyunda 40 min ədəd, İyulda 62 min ədəd, Avqustda 50 min ədəd, Sentyabrda isə 133 min ədə təşkil etmişdi.
Sentyabr ayı ilə müqayisədə Oktyabrda sosial kartların sayı 2 min ədəd azalaraq 2 milyon 545 min ədədə düşüb. Həmin ayda əməkhaqqı kartlarının sayı 90 min ədəd artaraq 2 milyon 31 min ədədə çatıb. Əməkhaqqı kartlarının sayı ilk dəfə 2 milyon səviyyəsini keçib. Digər debet kartlarının sayı 63 min ədəd artaraq 1 milyon 45 min ədədə, kredit kartlarının sayı isə 84 min ədəd artaraq 803 min ədədə düşüb. Digər debet kartlarının sayı da ilk dəfə 1 milyon səviyyəsini keçib.
Ötən ilin sonu ilə müqayisədə isə bu ilin 10 ayı ərzində cəmi ödəniş kartlarının sayı 624 min ədəd, o cümlədən sosial kartların sayı 10 min ədəd, əmək haqqı kartlarının sayı 204 min ədəd, kredit kartlarının sayı 180 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 230 min ədəd artıb.
Mərkəzi Bank qeyd edib ki, Oktyabr ayında ödəniş kartlarının ümumi sayında dəyişiklik statistik vahidlərin ödəniş kartları ilə bağlı məlumatların dəqiqləşdirilməsi və yenidən təsnifatlaşdırılması ilə bağlıdır.
İl, ay | Ödəniş kartları ümumi sayı, min ədəd, (dövrün sonuna) | Dövriyyədə olan ödəniş kartlarının ümumi sayından: | ||||
Debet kartları | Kredit kartları | |||||
Sosial kartlar | Əmək haqqı kartları | Digər | ||||
12 | 5800 | 2535 | 1827 | 815 | 623 | |
2018 | ||||||
01 | 5820 | 2517 | 1842 | 807 | 655 | |
02 | 5890 | 2522 | 1880 | 814 | 673 | |
03 | 5933 | 2513 | 1893 | 814 | 713 | |
04 | 6022 | 2511 | 1890 | 866 | 755 | |
05 | 6072 | 2513 | 1878 | 897 | 784 | |
06 | 6112 | 2521 | 1877 | 914 | 799 | |
07 | 6174 | 2521 | 1908 | 922 | 823 | |
08 | 6224 | 2505 | 1930 | 953 | 836 | |
09 | 6357 | 2547 | 1941 | 982 | 887 | |
10 | 6424 | 2545* | 2031* | 1045* | 803* | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















