Azərbaycanın dövlət qurumu nəhəng İKT şirkətilə memorandum imzaladı
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə “Samsung Electronics” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan "Marja"ya daxil olmuş məlumata görə, Memorandumu dünyanın texnologiya nəhəngi Cənubi Koreyanın "Samsung Electronics" şirkəti tərəfindən Azərbaycan nümayəndəliyinin rəhbəri Jae Hun Lee və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov imzalayıb.
Sazişin əsas məqsədi tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsidir. Cari ilin sentyabrında tərəflər arasında baş tutmuş görüşün və aparılmış danışıqların nəticəsində imzalanmış bu memoranduma görə, hər iki təşkilat innovativ həllərin və proqram təminatlarının hazırlanması sahəsində birgə çalışacaq.
Memorandum aşağıdakı istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur:
-“Samsung” mobil qurğuları üçün proqram məhsullarının hazırlanması və tətbiqi;
-“Samsung” mobil qurğuları əsasında elektron sənəd dövriyyəsi sisteminin hazırlanması və tətbiqi;
-“Samsung” şirkətinin KNOX mobil təhlükəsizlik platforması üzərində müştərək həllərin hazırlanması və tətbiqi;
-“Elektron imza” mobil həllərinin “Samsung” mobil qurğuları üçün hazırlanması və tətbiqi;
-“Samsung” mobil qurğularının ayarları və mobil tətbiqlərinin məsafədən idarə olunmasının təmin edilməsi.
Belə ki, bu əməkdaşlıq çərçivəsində artıq tətbiqinə başlanmış, yerli mütəxəssislər tərəfindən hazırlanan “AzDoc” adlı proqram üçün xüsusi platforma hazırlanır. “AzDoc” müəssisə və təşkilatlarda sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən yeni bir alətdir. Proqram artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxilində tətbiq olunur. Gələcəkdə isə bütün dövlət təşkilatları bu proqramla işləyə bilər. Bu proqram “Elektron imza və Elektron sənəd haqqında” qanuna və kargüzarlıq təlimatlarına tam uyğundur. Bu proqramda sənədləri elektron imza ilə imzalamaq da mümkündür.
Beləliklə, “Samsung” şirkəti ilə birgə Məlumat Hesablama Mərkəzi KNOX mobil təhlükəsizlik platforması üzərində mobil imzanın tətbiqini reallaşdırır. Təkmilləşdiriləcək yeni platforma üzərindən istifadəçilər istənilən yerdə sənədlərini oxuya və imzalaya biləcək.
Məlumat Hesablama Mərkəzi sözügedən memorandum əsasında “Samsung” şirkəti ilə birlikdə innovativ proqram təminatlarının, xüsusən də, məsafədən idarəsi mümkün olacaq həllərin hazırlanmasına, “Əşyalar interneti” konseptinə keçid edəcək. Həmçinin, bu əməkdaşlıq çərçivəsində davamlı İKT infrastrukturunun qurulması, İKT sistemlərinin təhlükəsiz inteqrasiyası üzrə təcrübələr mübadiləsi təmin olunacaq. Əməkdaşlıq çərçivəsində istifadəçi autentifikasiyası tələb olunan sistemlərdə tanınma və sənədlərin imzalanaraq ötürülməsi prosesləri maksimum optimallaşdırılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
31 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
45 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















