Bank sədri: Təkcə oktyabrda 45 milyon manat kredit vermişik
“Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bankımızın bütün əsas biznes göstəriciləri ciddi artım nümayiş etdirib. Bankımızın aktivləri 836,5 mln. manata çatıb. Kredit portfelimiz də bu il artım nümayiş etdirir və hazırda 520 mln. manat civarındadır”.
“Marja” xəbər verir ki, bunu “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.
Sədr qeyd edib ki, mikrokreditləşmə sahəsində əldə edilmiş nailiyyətlər xüsusilə qürurvericidir: “Bildiyiniz kimi, məhz bu sahə hər zaman AccessBank-ın güclü tərəflərindən biri olub. Qeyd edim ki, təkcə oktyabr ayında biz müştərilərimizə 45 mln. manat məbləğində kredit vermişik ki, bunun da 29 mln. manatı mikrokreditləşmənin payına düşür. Əlavə edim ki, bu seqmentdə bankımız 50%-dən çox bazar payı ilə bütün sektordan xeyli irəlidədir. Bu isə bir daha təsdiqləyir ki, fəaliyyətdə olduğu illər ərzində AccessBank öz müştərilərinin uzunmüddətli tərəfdaşına çevrilərək ölkədə mikro və orta biznesə dəstək üzrə missiyasına sadiqdir. Bir kredit mütəxəssisi üzrə məhsuldarlıq isə devalvasiyadan öncəki göstəriciyə yaxınlaşıb”.
Anar Həsənov əlavə edib ki, cari ilin yanvar-oktyabr ayları ərzində bank ümumi məbləği 318 mln. manatdan çox olan 52 minə yaxın kredit verib. Bazarın yeni reallığını nəzərə alaraq, bu kreditlərin 97%-i manatla verilib.
Qeyd edək ki, “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov “Marja”ya geniş müsahibə verib. Müsahibəni buradan oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















