“Qala Həyat”ın icbari və könüllü sığorta növündə artım – Yığımlar 12 milyona çatdı

Azərbaycanın həyat sığortası şirkəti “Qala Həyat” inkişafını davam etdirir.
Şirkətdən “Marja”ya verilən məlumata görə, sığorta portfelində icbari (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”) sığorta növünün payı 12% artaraq 6 650 599 manata, həyatın ölüm halından sığortası növünün payı isə 32% artaraq 2 377 768 manata çatıb. Bununla da, 2018-ci il üçün hədəflərə uğurla çatmanı qeyd etmək olar.
Məlumat üçün qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində fərdi və korporativ müştərilər üzrə toplanan məcmu yığımların həcmi 12 257 140 manat təşkil edib.
Bu isə “Qala Həyat”ın uğurlu və davamlı inkişafını bir daha sübut edib.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Bununla yanaşı, cari ilin 9 ayı ərzində şirkət tərəfindən müştərilərə 11 347 887 manat həcmində sığorta ödənişi də verilib. Ödənişlər gecikdirilmədən, qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və opreativ qaydada həyata keçirilib.
Xatırladaq ki, Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
17 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
