Brent nefti Apreldən bəri ilk dəfə 70 dollardan aşağı düşdü
Brent neftinin qiyməti Apreldən bəri ilk dəfə 70 dollardan aşağı düşdü
Neft "ayı bazarı"na daxil olduqdan ucuzlaşamqda davam edir.
"Marja" xəbər verir ki, Brent markalı neft 1,1% də ucuzlaşaraq 69,82 dolları, ABŞ xam neftinin qiyməti isə 1,3% düşərək 59,91 dolları görüb (Bakı vaxtı ilə 14:30-a olan məlumat).
Brent nefti bu ilin Aprel ayından, ABŞ xam nefti isə Mart ayından bu yana ilk dəfə bu qiymətlərə düşüb.
Ötən ayın əvvəlindən bəri Brent nefti təxminən 20 faiz ucuzlaşaraq "ayı bazarına" girib. Brent neftinin qiyməti Oktyabrın 3-də 86 dolları keçmişdi.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
İranın neft ixracına daha sərt sanksiyanın tətbiq edilməməsi (8 ölkəyə İrandan neft almağa möhlət verilib), ABŞ-da neft hasilatının və ehtiyyatlarının artması, ABŞ və Çİn arasında ticarət münaqişəsinin qlobal iqtisadi artımı ləngidəcəyi və bunun nəticəsində neftə təlabatın azalacağının gözlənilməsi qiymətlərin aşağı düşməsilə nəticələnir.
Qiymətin ən yüksək səviyyədən azı 20% düşməsinə "ayı bazarı" deyilir.
"Ayı bazarı" ifadəsi, əsasən bazarların bədbin vəziyyətdə olduğu, qiymətlərin uzun bir müddət azalma trendində olduğu hallarda istifadə edilir. Bir məhsulun "ayı bazarı"na girdiyini söyləmək üçün qiymətin əvvəlki yüksək səviyyəsindən azı 20% aşağı düşməsi lazımdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
-
11 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 d. əvvəl
- 16 d. əvvəl
- 55 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib


























