“Muğanbank” dünya nəhəngi ilə “Monexcard” layihəsinə start verdi
(®) “Muğanbank” ASC müştərilərin rahatçılığı və yeni müştərilərin cəlb edilməsi məqsədi ilə yeni məhsullar təqdim etməkdə davam edir.
Bank “Monex” təcili pul köçürmə sistemi ilə köçürmələr həyata keçirən müştərilərinə, nağd pulun çıxarılmasına görə xidmət haqqı tutulmayan və heç bir ödəniş tələb etmədən Mastercard “Monexcard” plastik kartını təklif edir.
Mastercard “Monexcard” layihəsi Mastercard qlobal ödəniş texnologiyaları provayderi ilə birgə həyata keçirilir.
“Monex” təcili pul köçürmə sisteminin ilkin və təkrar müştəriləri Mastercard “Monexcard”-ı “Muğanbank” ASC-nin filial və şöbələrindən ödənişsiz əldə edə bilərlər.
Ölkədaxili 500-dən çox “Monex” məntəqələrindən “Monexcard”-a mədaxil etmək imkanı var. “Monexcard”-a mədaxil olunan vəsait “Muğanbank” ASC-nin bankomatlarından 7/24 komissiyasız nağdlaşdırıla bilər. Ələvə olaraq “Monexcard”-a mədaxil olunan vəsait bütün qeyri-nağd əməliyyatlarda istifadə oluna bilər.
Bundan əlavə olaraq, “Monex” təcili pul köçürmə sistemi “Muğanbank Mobil Bankçılıq” əlavəsinə daxil edildi. “Monex” mobil əlavə vasitəsi ilə, bütün növ plastik kart sahibləri « Cash to Card » əməliyyatlarını həyata keçirə bilərlər.
Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “MONEX” sistemi vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda 20-dən çox ölkəni əhatə edən 30.000-dən artıq məntəqə üzrə pul köçürmə əməliyyatlarını yerinə yetirə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 saat sonra
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
22 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























