Google-ın işçiləri etiraz aksiyası keçirəcəklər
Google cinsi təcavüzlər ilə sarsılır. Şirkətin siyasətlərini tənqid edən işçilər bu gün etiraz aksiyası keçirəcəklər.
"Marja" xəbər verir ki, Google-ın İcraçı direktoru Sundar Pichai, son 2 ildə 13-ü yüksək səviyyəli menecer olmaqla 48 əməkdaşı müxtəlif cinsi təcavüz iddiaları nəticəsində işdən çıxardığını açıqlayıb. Açıqlamadan sonra narahatlıq artıb və Google-ın əməkdaşları hərəkətə keçiblər.
Sosial media üzərindən "#GoogleWalkout" haştaqı ilə başladılmış kampaniyaya Google-ın dünya miqyasında bütün ofislərindən qatılanlar olacağı gözlənilir.
Həmçinin, Alphabet və Google-dakı təcavüz iddialarına diqqət çəkmək üçün əksəriyyəti qadınlardan olmaqla 1500-dən artıq Google mühəndisi də bu gün etiraz yürüşü keçirməyi planlaşdırır. İşçilər Alphabet-in birtərəfli siyasət apardığını, qadınlara kişilər ilə bərabər baxmadığını iddia edirlər.
Kampaniyaya dəstək verən Google-ın Youtube Məhsul Marketinq direktoru Claire Stapleton, "Artıq bərabər deyilik və bizə hörmət edilmədiyini hiss etmək istəmirik" deyərək, texnologiya nəhənginin siyasətlərini tənqid edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
44 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 47 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























