İpoteka və Kredit Zəmanət Fondundan 18 milyona yaxın xalis qazanc
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il oktyabrın 1-nə 1 milyard 154 milyon manat təşkil edib.
Fondun maliyyə hesabatına görə, bu, ilin əvvəli ilə müqayisədə 20,4% çoxdur.
İKZF-in aktivlərinin 70,2%-ni və yaxud 810 milyon 257 min manatını ipoteka kreditləri təşkil edib. Yanvar-sentyabr aylarında Fondun kredit portfeli 18,5% böyüyüb.
Hesabat dövründə İKZF-in cəmi öhdəlikləri 9,5% artaraq 597 milyon 61 min manata, o cümlədən borc öhdəlikləri 7,8% artaraq 580 milyon 827 min manata çatıb.
Fondun cəmi kapitalı isə 28,55% artaraq 531 milyon 133 min manat, o cümlədən nizamnamə kapitalı “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi hesabına 27,3% (100 milyon manat ) artaraq 466 milyon manat olub.
Bu ilin ilk 9 ayında İKZF-in faiz gəlirləri 34 milyon 881 min manat, faiz xərcləri 12 milyon 737 min manat, dəyərsizləşmə üzrə zərəri 833 min manat, haqq və komissiya xərcləri 570 min manat, digər gəlirləri 1 milyon 75 min manat, insan resursları üzrə xərcləri 2 milyon 343 min manat, inzibati və digər xərcləri isə 1 milyon 529 min manat təşkil edib. Son nəticədə Fond yanvar-sentyabr aylarını 17 milyon 943 min manat mənfəətlə başa vurub.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























